Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elmi cəhətdən sübutu olmasa da, xalq arasında adında “r” hərfi olan aylar balıq ziyafətlərin təşkil olunduğu aylardır. Ona görə də çoxlarının gözlədiyi balıq mövsümü artıq başlayıb. Hər nə qədər balıq zülal, omeqa yağları və digər faydalı maddələrlə zəngin olsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb olur.

Bəs balıq niyə bəzi insanlara “düşmən” kəsilib?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan allerqoloq Səbinə Quliyeva  bildirdi ki, allergiyanın yaranma səbəbi əslində elmə tam məlum deyil.
 

Bəzən irsi meyillilik, digər dermotoloji xəstəliklər, astma kimi hallar qida allergiyasının yaranmasına səbəb ola bilər. Üstəlik bunun həm uşaqlıqda, həm də yetkin yaşlarda başladığı olur.


“Bəzən isə yetkin yaşlarına qədər heç bir allergik reaksiyası olmayan insanlarda qəfil allergiya yaranır. Müayinə zamanı bütün əlamətlər histamin səviyyəsinin artıdığını göstərir, buna uyğun müalicələr, pəhrizlər yazılır. Lakin dəqiq səbəblərini müəyyənləşdirmək olmur. Yalnız əsas ehtimallar var. Məsələn, yaş atrdıqca immun səviyyəsinin, maddələr mübadiləsinin dəyişməsi allergik reaksiyaların əsas səbəblərindəndir. Dünənə qədər balığı tanıyan, qəbul edən orqanizm, indi onu yad və təhlükəli hesab edib kəskin reaksiya göstərir”.

Həkim əlavə etdi ki, daha bir səbəb bədəndə nə vaxtsa baş vermiş histamin zəhərlənməsidir.

“Məsələ birbaşa balıqla əlaqəli olmaya bilər. Bəzən düzgün qidalanmama, xüsusilə ziyafətlərdə, məclislərdə qida qəbulu ardıcıllığına əhəmiyyət vermədikdə allergiyanı yaradan histamin səviyyəsi artır. Belə məqamda balıq kimi güclü qidanın da əlavə olaraq qəbulu bədəndə əks reaksiya yaradır. Həmçinin, sırf balıq zəhərlənməsi də orqanizmin bu qidaya qarşı dözümsüzlüyünə gətirib çıxara bilər”.

Amerika Allergiya və İmmunologiya Kollecinin məlumatında isə bildirilir ki,  balıq allergiyası yetkinlik yaşına çatana qədər özünü büruzə verməyə bilər. Aparılan tədqiqatlardan birində məlum olub ki, balıq allergiyası olduğunu bildirən insanların təxminən 40 faizində yetkinlik yaşına çatana qədər balıqla bağlı heç bir problem olmayıb.

Balığa allergiyası olanlar nələri bilməlidir?

Lakin burada bir fərqə diqqət yetirmək lazımdır: məsələn, tuna, belluqa, qızılbalıq kimi balıqlara allergiyanın olması, dəniz məhsullarına (krevet, xərçəng və ya omar) da allergiya olduğu anlamına gəlmir.
 

Bəzi allerqoloqlar allergiyası olan şəxslərə hər ehtimala qarşı bütün növ balıqları yeməkdən çəkinməyi tövsiyə etsələr də, əslində müəyyən bir balıq növünə allergiyası olan bir şəxsin digər növ balıqları təhlükəsiz şəkildə yeməsi mümkündür. Amma digər balıq növlərini özbaşına sınaqdan keçirmək təhlükəlidir. Bunu ancaq allerqoloqun iştirakı və xüsusi allergik test vasitəsi ilə hansı balıq növünə allergiya olmasını yoxlamaq olar.


Məlumat üçün bildirək ki, balıq allergiyası təkcə dərinin qızarması və qaşınması ilə bitmir. Ağır hallarda boğazın şişməsi və nəfəs darlığına da keçə və daha təhlükəlisi  – anafilaktik şok yarada bilər. Balıq yedikdən sonra nəfəs almaqda çətinlik, boğazda şişmə və ya huşun itirilməsi baş verərsə, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

İranda şəhər başçısı güllələndi

İranda şəhər başçısı güllələndi

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO

Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO

Zaqatalada iş adamı HƏBS EDİLDİ

Zaqatalada iş adamı HƏBS EDİLDİ

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

End of content

No more pages to load

RADİO