Spiker mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - FOTO

Spiker mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Milli Məclisin sədri Sahibə Qafarovanı səmimiyyətlə salamlayaraq, dəvəti qəbul edib səfərə gəldiyinə görə Azərbaycan parlamentinin rəhbərinə təşəkkür edib. 

Azərbaycanın ölkəsi üçün qardaş ölkə olduğunu deyən Raşid Talbi El Alami ölkələrimiz arasında əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Mərakeşin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədikləri qeyd olunaraq, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin və həmrəyliyin əhəmiyyəti vurğulanıb. Nümayəndələr Palatasının sədri Azərbaycanı öz suverenliyini bərpa etməsi münasibətilə təbrik edib.

Raşid Talbi El Alami ölkəmizə səfərləri çərçivəsində 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Bakı konfransında və 2023-cü ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı xoş fikirlərini ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan və Mərakeş arasında siyasi, iqtisadi, humanitar əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlər arasında əməkdaşlığın vacib rolu diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri və parlament aparatları arasında da əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, qanunverici orqanlarımızın hüquqi, iqtisadi, humanitar, ailə dəyərləri və qadın məsələləri üzrə birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınaraq, parlamentlərimizin iqlim dəyişiklikləri üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Raşid Talbi El Alami Azərbaycanın bu tədbirə ev sahibliyi etmək hüququ əldə etməsi münasibətilə öz təbriklərini çatdırıb.

Milli Məclisin sədri parlamentlərimizin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlığının vacibliyini ifadə edərək, Şəbəkənin bu günə qədər keçirilən bütün konfranslarında Mərakeşin ən yüksək səviyyədə təmsil olunduğunu məmnunluqla xatırladıb. Sahibə Qafarova Nümayəndələr Palatası sədrinin Qoşulmama Hərəkatının Bakı konfransında və Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə minnətdarlığını bildirib.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova bu seçkiləri tarixi seçkilər kimi xarakterizə edib. O, deyib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. Bu 30 ildə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair bir çox sənədlər və qətnamələr qəbul olunsa da, bu sənədlər icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan öz gücü hesabına, 3000 şəhidin qanı bahasına torpaqlarını işğaldan azad edib.

Milli Məclisin sədri ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə də məlumat verib.

Sahibə Qafarova cari ilin sentyabr ayında uğurla yekunlaşan lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyulduğunu, suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb. O, hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Mərakeş tərəfinə təşəkkürünü ifadə edib.

Milli Məclisin sədri son günlərdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilmiş tədbirlər haqqında da məlumat verib. O, deyib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. O, ümid etdiyini bildirib ki, saziş tezliklə imzalanacaq.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov, qrupun üzvü Ağalar Vəliyev, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Spiker mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - FOTO - foto 1
Spiker mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - FOTO - foto 2
Spiker mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - FOTO - foto 3
Spiker mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - FOTO - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir

Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir

Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm qərar verdi

Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm qərar verdi

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

İranda şəhər başçısı güllələndi

İranda şəhər başçısı güllələndi

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

End of content

No more pages to load

RADİO