Prezident Administrasiyasında Türkiyənin hakim partiyasının nümayəndə heyəti ilə görüş keçirildi

Prezident Administrasiyasında Türkiyənin hakim partiyasının nümayəndə heyəti ilə görüş keçirildi
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycanın suverenliyini bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qonaqların diqqətinə çatdırıb.

Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsini nümayiş etdirdiklərini bildirib.

Ədalət Vəliyev dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti vurğulayıb.

Zafer Sırakaya iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm elementi olduğunu, davamlı xarakter daşıyan qarşılıqlı səfərlərin həyata keçirilməsinin partiyalararası təmasların gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın tarixi Qələbəsi nəticəsində regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yarandığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

Neymarın cəzası bəlli oldu

Neymarın cəzası bəlli oldu

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var - VİDEO

Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

Neft və qaz bahalaşır: Dünya Bankından XƏBƏRDARLIQ

Neft və qaz bahalaşır: Dünya Bankından XƏBƏRDARLIQ

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

End of content

No more pages to load

RADİO