XİN: Ermənistan Azərbaycana qarşı əsassız iddialar üçün beynəlxalq platformalardan sui-istifadə edir

9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Parisdə YUNESKO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın YUNESKO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində yer alıb.

Qeyd edilib ki, ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir.

Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır. 

Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə isə ölkəmizin keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə tanınan Ermənistanın Azərbaycanı bu məsələdə  ittiham etməsi tamamilə əsassızdır.

Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdindən başqa bir şey deyil. Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. 

Ermənistanın mədəni, dini, tarixi qorumaq vəzifəsi daşıyan YUNESKO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyildir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışlar etsə də təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. YUNESKO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. 

Ermənistanın müxtəlif beynəlxalq platformalardan Azərbaycana qarşı yalan və iftira dolu ritorikanı davam etdirərək ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsinin və bununla da sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olmasının bir daha şahidi oluruq. 
Ümid edirik, Ermənistan tərəfi bölgədə sülh üçün yaranmış bu tarixi şansı əldən verməyəcək və ölkəsinin faydalanacağı regional sabitlik və iqtisadi istiqrar üçün səylərə mane olmayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol polisi hərəkət iştirakçılarına XƏBƏRDARLIQ etdi

Yol polisi hərəkət iştirakçılarına XƏBƏRDARLIQ etdi

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Ən yaxşı səhər içkisi məlum oldu – Gümrahlıq gətirir

Ən yaxşı səhər içkisi məlum oldu – Gümrahlıq gətirir

Bərdədə maşın vuran piyada xəstəxanada həyatını itirib

Bərdədə maşın vuran piyada xəstəxanada həyatını itirib

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

End of content

No more pages to load

RADİO