Bakıda maşın piyadanı vuraraq öldürüb.
Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə hərəkətdə olarkən piyada 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media