Universitetlərdə xarici dil müəllimliyi üzrə plan yerləri azalır.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, ingilis, alman və fransız dili üzrə təkcə paytaxtda deyil, region universitetlərində də yerlərin azaldılması müşahidə edilir. Hətta bəzi universitetlər bunu təsdiqləyib.
Təhsil ekspertlərinin sözlərinə görə, burada məqsəd keyfiyyətli kadr hazırlamaqdır.
Ekspert Rizvan Fikrətoğlu bildirir ki, təhsil müəssisələrində tələbatın azalması da buna təsir edir.
Qeyd edək ki, DİM plan yerlərinin sayı ilə bağlı heç bir qərar vermir. Bunu ali təhsil müəssisələrinin özləri müəllim ştatına, maddi-texniki bazalarına uyğun olaraq müəyyən edirlər.
Bizim.Media