Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazandı - Sergey Markov

“Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb. Bu dünya tarixində nadir bir hadisədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününü həsr olunan tədbirdə iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.

Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə münasibəti ilə təbrik edən ekspert bunun dünya tarixində nadir hallarda baş verən bir hadisə olduğunu söyləyib. “Ölkələrin qələbəsi adətən xala görə olur.

Lakin bu müharibədə Azərbaycan elə möhtəşəm, təmiz qələbə qazanıb ki, təkcə Azərbaycanın dostları deyil, bütün dünya heyranlıq içindədir. Hamı heyranlıq içində Azərbaycanın bu problemin öhdəsindən 30 il sonra necə gəldiyini düşünür. Azərbaycan bu müddətdə təkcə Qarabağı geri qaytarmadı, həm də ölkəni regionun lider ölkəsinə çevirdi. Bütün bunlar Azərbaycan xalqının əməyi və Azərbaycan əsgərinin şücaəti sayəsində mümkün oldu”, deyə Markov vurğulayıb.

Rusiyalı ekspert Xankəndindəki hərbi paradın Azərbaycan üçün müzəffərlərin paradı olduğunu söyləyib:

“Məncə, bu, hətta vaxtı ilə sovet qoşunlarının Berlində keçirdiyi paraddan da daha önəmlidir. Bu, onu göstərir ki, Qarabağ tam Azərbaycanındır. Azərbaycan ordusu müzəffər ordudur. Azərbaycanlılar qalib xalqdır. Düşünürəm ki, bu qalibiyyət hissi bundan sonra ölkənin iqtisadi, mədəni inkişafına çox müsbət təsir edəcək. Siz, biz hamımız bunun şahidi olacağıq”.

Rusiyalı politoloq Darya Qrevstova da Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində əmin qələbə münasibəti ilə təbrik edib. Bildirib ki, bu qələbənin nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb:

“İndi Azərbaycan xalqı öz rəhbərliyi, ordusunun gücü ilə fəxr edir. Xalq və ordu sözdə deyil, əməldə sübut etdi ki, güc yolu ilə torpaqlarını işğaldan azad etməyə qadirdir. Ermənistan Azərbaycanın iradəsi, ərazilərini geri qaytarmaq əzmi qarşısında tab gətirə bilmədi. Biz indi həmin ərazilərin necə inkişaf etdiyini görürük. Görürük ki, həmin torpaqların, Qarabağın əsl sahibləri geri qayıdıb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Rubl bahalaşdı, avro ucuzlaşdı

Rubl bahalaşdı, avro ucuzlaşdı

Xırdalanda maşın yandı - VİDEO

Xırdalanda maşın yandı - VİDEO

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Ən yaxşı səhər içkisi məlum oldu – Gümrahlıq gətirir

Ən yaxşı səhər içkisi məlum oldu – Gümrahlıq gətirir

Bərdədə maşın vuran piyada xəstəxanada həyatını itirib

Bərdədə maşın vuran piyada xəstəxanada həyatını itirib

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

End of content

No more pages to load

RADİO