Dini konfessiya rəhbərlərindən İlham Əliyevə TƏBRİK 

Dini konfessiya rəhbərlərindən İlham Əliyevə TƏBRİK 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dini konfessiya rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Möhtərəm cənab Prezident! 

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alilərinizi - dünya şöhrətli qalib siyasi lideri Azərbaycanın suverenliyinin bərpası münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə uca fəaliyyətinizə Ulu Yaradandan uğurlar diləyirik. 

Möhtərəm cənab Prezident! Siz Vətən müharibəsindəki Zəfərin qüruru ilə yaşayan Azərbaycan xalqına 2023-cü ilin 15 oktyabrında daha bir özəl, tarixi əhəmiyyətli, möhtəşəm gün yaşatdınız.
Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliləriniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdiniz. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr Xankəndi zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi. 

Möhtərəm cənab Prezident! Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini - Ata vəsiyyətini yerinə yetirmiş Zati-alilərinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Siz Uca Allahın köməyi ilə, Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının Lütfüdür.

Şuşa və Xankəndinin Azərbaycanlılar üçün müqəddəs dəyərini, yaralı Xocalı yaddaşını, Ağdərə, Xocavənd, Əsgəran nisgilini qəlbində saxlayan, Qarabağda separatizm yuvasını ləğv edib qalib Azərbaycanın üçrəngli bayrağını yüksəldən Müzəffər Ali Baş Komandanımızı Uca Yaradan hər zaman hifz etsin! "Qarabağ Azərbaycandır" ideyası ətrafında səfərbər olan Azərbaycan xalqının müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi olan Cənabınız Xankəndi üzərində Azərbaycan bayrağını ucaltmaqla nəyi, necə və nə vaxt etməyi ən gözəl bilən siyasi lider olaraq böyük missiya yerinə yetirərək, xalqımızın ən ülvi arzularını gerçəkləşdirib öz adınızı tarixin salnamələrinə həkk etdiniz! Möhtərəm cənab Prezident! Xoş fürsətdən istifadə edərək, Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi minnətdarlığımızı ifadə edirik.

Həqiqətən, bizlərə Sizin timsalınızda müdrik lider qismət olmuşdur. Bütün həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir. 
Möhtərəm cənab Prezident! Fərəhverici haldır ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlılar ilə vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir.

Dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər. 

Biz fəxr edirik ki, Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarının iradə və qətiyyəti ilə azad Qarabağda məscidlərin minarələrindən Azan səsi ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Zati-alilərinizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, məscidlərlə yanaşı xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir.

Bütün bunlar Azərbaycanın dünyadakı tolerant imicinin, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlər arası dialoq prosesində aparıcı mərkəzlərindən olmasını bir daha təsdiq edir.

Möhtərəm cənab Prezident, Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının Lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. 
Möhtərəm cənab Prezident! Ölkə dindarlarının adından Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Qoy bu zəfər ab-havalı tarixi günlər dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!". 

Təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Vəzifəliləri buna görə CƏZA gözləyir

Vəzifəliləri buna görə CƏZA gözləyir

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA

Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA

Adilə Abbasova vəfat etdi – FOTO

Adilə Abbasova vəfat etdi – FOTO

Vəzifəli şəxslər hədiyyə alarlarsa...

Vəzifəli şəxslər hədiyyə alarlarsa...

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb

Vəzifəli şəxslərə əlavə iş və reklam QADAĞASI - Yeni qanun layihəsində nələr var?

Vəzifəli şəxslərə əlavə iş və reklam QADAĞASI - Yeni qanun layihəsində nələr var?

Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Azərbaycan XİN: Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik – FOTO

Azərbaycan XİN: Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik – FOTO

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub – FOTO

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub – FOTO

Bu marşrutlar üzrə avtobuslar yenilənir

Bu marşrutlar üzrə avtobuslar yenilənir

Azərbaycan və Rusiya RAZILIĞA GƏLDİ

Azərbaycan və Rusiya RAZILIĞA GƏLDİ

Terrorçuluğu maliyyələşdirən dəstə üzvlərinə hökm oxundu – FOTO-VİDEO

Terrorçuluğu maliyyələşdirən dəstə üzvlərinə hökm oxundu – FOTO-VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

End of content

No more pages to load

RADİO