Dünya
Bu gün 14:01

Hörmüz boğazında 3 neft tankeri minaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Məlumata görə, icazəsiz marşrutla hərəkət edən tankerlərdə partlayış və yanğın baş verib. Gəmilər tərk edilib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı dünən Hörmüz boğazında beynəlxalq səviyyədə tanınan bütün əsas gəmiçilik marşrutlarının dəniz minalarından təmizləndiyini bəyan etmişdi.
Bizim.Media