Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

Bizim.Media XİN-ə istinadən xəbər verir ki, nazir çıxışında ilk növbədə 29 Oktyabr - Respublika Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edib.

C.Bayramov beynəlxalq münasibətlər sistemində mövcud ziddiyyətlərin, davam edən münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklərin dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib.

Bu şəraitdə qarşılıqlı etimad, ortaq maraqlar və həmrəyliyə əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə görüşündən sonra Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi həmrəyliyin gücləndirilməsi, institusional effektivliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi və TDT-nin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.

Bu çərçivədə üzv və müşahidəçi dövlətlərlə, eləcə də Təşkilatın Katibliyi ilə sıx əməkdaşlıq şəraitində müxtəlif səviyyələrdə çoxsaylı görüş və məsləhətləşmələrin keçirildiyi qeyd olunub.

Təhlükəsizlik sahəsində siyasi dialoqun və milli qurumlar arasında koordinasiyanın gücləndirilməsi, Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin iclasının keçirilməsi, müdafiə sənayesində birgə istehsal və texnoloji əməkdaşlığı nəzərdə tutan 2027-ci il üzrə Yol Xəritəsinin qəbul edilməsi sədrliyimizin mühüm nəticələri qismində vurğulanıb. Eyni zamanda, ticarət, investisiyalar, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Sədrliyimiz dövründə humanitar əməkdaşlıq, ortaq tarixi və mədəni irsin qorunması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi də əsas prioritetlər sırasında yer aldığı diqqətə çatdırılıb.

Bu çərçivədə, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün və Bakıda TDT üzv dövlətlərinin Müsəlman Dini İdarələri Başçıları Şurasının VII iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir 2026-cı il ərzində xarici işlər nazirləri arasında dörd qeyri-rəsmi görüşün keçirilməsini siyasi dialoqun davamlılığının və regional və beynəlxalq məsələlər üzrə mövqelərin əlaqələndirilməsinin mühüm göstəricisi kimi dəyərləndirib. Misal olaraq, İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul edilmiş Birgə Bəyanatda Azərbaycan və Türkiyənin təhlükəsizliyinə qarşı təhdidlər fonunda həmrəyliyin ifadə olunduğu, Nyu-York görüşündə isə Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində birgə diplomatik səylərin davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilib. TDT-nin birgə bəyanatlarının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması praktikasının başlanması həmçinin qeyd olunub.

Qəbələ Zirvə görüşündə təsis edilmiş TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.

Gələcəkdə mövcud mexanizmlərdən səmərəli istifadə edilməsinin, qəbul olunmuş qərarların icrasının təmin edilməsinin, milli qurumların fəaliyyətinin və Təşkilatın Katibliyinin monitorinq-koordinasiya rolunun gücləndirilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov çıxışının sonunda Azərbaycan sədrliyi dövründə göstərilən dəstək və fəal iştiraklarına görə üzv və müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə təşəkkürünü bildirib, Türkiyənin qarşıdan gələn sədrliyi dövründə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib və Türkiyə tərəfinə uğurlar arzulayıb.

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO - foto 1
Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO - foto 2
Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

Canavar səkkiz yaşlı qıza hücum etdi

Canavar səkkiz yaşlı qıza hücum etdi

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Hacı Vəliyevin cəzası azaldıldı

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Vəzifəliləri buna görə CƏZA gözləyir

Vəzifəliləri buna görə CƏZA gözləyir

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

End of content

No more pages to load

RADİO