Sahibə Qafarova: “Prezident İlham Əliyev sözü imzası qədər dəyərli olan siyasətçidir”

Sahibə Qafarova: “Prezident İlham Əliyev sözü imzası qədər dəyərli olan siyasətçidir”
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Prezident İlham Əliyev böyük nüfuza malik, sözü imzası qədər dəyərli olan siyasətçidir. O, iştirak etdiyi bütün görüş və tədbirlərin ən arzuolunan qonağıdır. Azərbaycan Prezidenti həmkarları, tanınmış siyasətçilər üçün ən etibarlı tərəfdaşlardandır".

Bizim.Media xəbər verir ki, bu fikirlər Milli Məclisin sədri Sahibə Qafarovanın "Azərbaycan" qəzetində dərc olunmuş "Qüdrətli Azərbaycanın və Böyük Zəfərin müəllifi" sərlövhəli yazısında yer alıb. 

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidentinə beynəlxalq arenada böyük nüfuz qazandıran, onun dünya liderləri sırasında özünəməxsus yerini və rolunu təmin edən səbəblər, ilk növbədə cənab İlham Əliyevə xas olan yüksək liderlik keyfiyyətləri ilə əlaqədardır. O, dürüst siyasətçidir, cəsarətlidir, təşəbbüskardır. 

Spiker qeyd edir ki, Prezident İlham Əliyev hansı platformada varsa, harada təmsil olunursa, orada uğur qazanacağı heç kəsdə şübhə doğurmur. Onun nüfuzu, təşəbbüsləri bir çox qlobal problemlərin həllində əvəzolunmaz rol oynayıb: 

"Biz bunu Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlara sədrliyində də aydın müşahidə etmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasına formal xarakterli sədrlik etmədi, Prezident İlham Əliyev bu yüksək kürsüdən beynəlxalq münasibətlər sistemində, o cümlədən, BMT-nin özündə mövcud olan qüsurları, problemləri açıq və cəsarətlə qınadı, islahatlara çağırış etdi. Yaxud, bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrin liderləri də etiraf edirlər ki, Azərbaycan və onun rəhbəri bu təşkilata sədrlik etməyə başlayana qədər Qoşulmama Hərəkatı faktiki olaraq, hərəkətsiz, qeyri-effektiv bir qurum təsiri bağışlayırdı. Azərbaycan və onun lideri bu təşkilata ikinci həyat bəxş etdi. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olmuşdur. Türk dövlətləri arasında birliyin, əməldə həmrəyliyin təmin olunması, müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsi məhz Azərbaycanın və onun liderinin bu təşkilatlarda aktiv fəaliyyətinin nəticələridir". 
Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycanın gələcəyi üçün hər zaman böyük düşünür, möhtəşəm planlar qurur. Bir zaman sonra biz Azərbaycanın gündən-günə dəyişən, inkişaf edən mənzərəsi fonunda cənab Prezidentin düşüncələrinin reallığa çevrildiyinin şahidi oluruq. Bir çox dövlətlərin, hətta dünyanın böyük xalqlarının əsrlərlə əldə edə bilmədiyi nailiyyətləri Azərbaycan dövlət başçısının səriştəsi və idarəçilik bacarığı sayəsində bir neçə ilə qazanmaq bacarığı nümayiş etdirir.

Bəlkə də illər öncə bu gün Azərbaycanın məhdud saylı kosmik ölkələr sırasında yer alacağını söyləsək, etiraf edək ki, bu, xəyal kimi görünə bilərdi. 

Bu gün Azərbaycan dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir, dünyanın ən nüfuzlu elm xadimlərini Bakıda bir araya gətirir, paytaxtımız qlobal gündəmi, trendləri müəyyənləşdirən müasir innovasiyalar məkanı kimi qəbul edilir. Bu, eyni zamanda, Azərbaycan dövlətinin rəqabətli insan kapitalı, intellektual cəmiyyət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətin təntənəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Vəzifəliləri buna görə CƏZA gözləyir

Vəzifəliləri buna görə CƏZA gözləyir

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Atatürkün adını çəkməyən Sarala Türkiyə ictimaiyyətindən sərt reaksiya: “Var ol, Prezident Əliyev!” – FOTO

Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA

Azərbaycanda vəzifəli şəxslərə daha bir QADAĞA

Adilə Abbasova vəfat etdi – FOTO

Adilə Abbasova vəfat etdi – FOTO

Vəzifəli şəxslər hədiyyə alarlarsa...

Vəzifəli şəxslər hədiyyə alarlarsa...

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb

Vəzifəli şəxslərə əlavə iş və reklam QADAĞASI - Yeni qanun layihəsində nələr var?

Vəzifəli şəxslərə əlavə iş və reklam QADAĞASI - Yeni qanun layihəsində nələr var?

Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Azərbaycan XİN: Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik – FOTO

Azərbaycan XİN: Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik – FOTO

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub – FOTO

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub – FOTO

Bu marşrutlar üzrə avtobuslar yenilənir

Bu marşrutlar üzrə avtobuslar yenilənir

Azərbaycan və Rusiya RAZILIĞA GƏLDİ

Azərbaycan və Rusiya RAZILIĞA GƏLDİ

Terrorçuluğu maliyyələşdirən dəstə üzvlərinə hökm oxundu – FOTO-VİDEO

Terrorçuluğu maliyyələşdirən dəstə üzvlərinə hökm oxundu – FOTO-VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

End of content

No more pages to load

RADİO