Ombudsman BMT rəsmisini antiterror tədbirləri barədə MƏLUMATLANDIRIB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə baş insan hüquqları müşaviri Vladimir Şkolnikovu qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində  görülən işlər və həyata keçirilən islahatlar barədə geniş məlumat verib.

S.Əliyeva beynəlxalq insan hüquqları qurumları və xarici ölkələrin ombudsmanları ilə sıx əməkdaşlığa, təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırıb. 

Müvəkkil, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq müqavilə qurumlarına paralel hesabatların təqdim olunduğunu qeyd edib. 

Daha sonra Ombudsman qonağa Azərbaycanın azad edilmiş ərazilərində Ermənistanın mülki əhalini hədəf alan silahlı terror-təxribat əməlləri barədə məlumat verib.

Çox sayda günahsız insanın həyatına son qoyan, regionda sülh və təhlükəsizlik üçün təhlükə yaradan bu kimi cinayət əməllərinin qarşısının alınması, insanların hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirlərinə toxunan Müvəkkil Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini bildirib. 

S.Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın həyata keçirdiyi mina terroru haqqında danışıb, mina partlayışı nəticəsində bu günədək 300-dən artıq mülki şəxsin və hərbi qulluqçularımızın mina qurbanına çevrildiyini qeyd edib. 
Müvəkkil dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin hələ də ölkəmizə təqdim edilmədiyini bildirib, basdırılmış minaların bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinin, infrastruktur layihələrinin icrasına maneə yaratdığını, yüz minlərlə keçmiş məcburi köçkünün öz torpaqlarına qayıdışı prosesini ləngitdiyini qonağın diqqətinə çatdırıb. 

Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyinin indiyədək məlum olmadığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Müvəkkil Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş vətəndaşların ailə üzvləri ilə görüşlərin keçirildiyini, onların üzləşdiyi problemlərlə yaxından maraqlandığını vurğulayıb. 

Görüşdə, həmçinin BMT ilə Ombudsman təsisatı arasında gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO