Ceyhun Bayramovun Lixtenşteynin xarici işlər naziri ilə görüşü olub - FOTO 

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə görüşüb. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. 

Nazir Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcudluğundan bəhs edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının münasibətlərin inkişafında mühüm rol oynaya biləcəyini qeyd edib. 
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, mövcud çağırışlar və təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ölkəmiz tərəfindən Qarabağ bölgəsində işğal dövrünün qalıqları olan və beynəlxalq hüquq, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinə qarşı aparılan antiterror tədbirlərinin uğurla yekunlaşdığı diqqətə çatdırılıb.

Sözügedən antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğu bildirilib. 

Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında səsləndirilən əsasız iddialar, o cümlədən bölgədə guya "gərgin humanitar vəziyyət", "blokada"nın mövcudluğu ilə bağlı yalan fikirlərin əksinə, ölkəmizin hər zaman bütün Azərbaycanda yaşayan sakinlər kimi erməni sakinlərin də hüquq və təhlükəsizliyini qorumaq əzmində olduğu bildirilib və bu xüsusda, görülən antiterror tədbirlərinin nəticələrinin faydalı olacağına dair inam ifadə edilib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO