Taras Kuzio: “Azərbaycan Cənubi Qafqazda Rusiyapərəst olmayan yeganə ölkədir” – MÜSAHİBƏ

“Qərbdə, o cümlədən ABŞ-da islamofobiya və türkofobiya var. Türkiyə ilə ABŞ arasında münasibətlər zəif olanda bu vəziyyət Azərbaycan-ABŞ münasibətlərinə də təsir edir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində britaniyalı analitik Taras Kuzio deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh müqaviləsinin ləngiməsinin səbəbi kənar güclərdir” – Xarici politoloqlardan ÖZƏL AÇIQLAMA


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonun rəsmi vasitəçiliyi ilə keçirilən son görüşündə sentyabrın 1-dən regionda yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə salınması razılaşdırılsa da, sonradan Qarabağdakı erməni separatçılarının narazılığı səbəbindən reallaşmayan ssenarini şərh edən analitik, ABŞ-nin Azərbaycana qarşı açıq kartlarla oynamasının pərdəarxası məqamlarını açıqlayıb. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Kuzio, ümumi mənzərə sizə də məlumdur. Niyə ABŞ Qarabağ probleminə Donbas, Osetiya, yəni Gürcüstan və Ukraynadakı kimi səmimi yanaşmır?

- ABŞ-da böyük erməni lobbisi var ki, onlar Ermənistanı “şəhid” və “əziyyət çəkən xalq” kimi tanıtmaqla hakimiyyətə təsir göstərirlər. Azərbaycan hökuməti erməni lobbisinə qarşı daha çox iş görməlidir. Ümumilikdə, Qərbdə, o cümlədən ABŞ-da islamofobiya və türkofobiya var. Türkiyə ilə ABŞ arasında münasibətlərdə problemlər yarananda bu, Azərbaycan-ABŞ münasibətlərinə də təsir edir. Digər tərəfdən, çoxları bilmir ki, Birinci Qarabağ müharibəsində və 30 ilə yaxın işğal dönəmində həlak olanlar Azərbaycan xalqı və əsgərləri olub, bir milyon azərbaycanlının işğal olunmuş ərazilərdəki bütün tikililəri dağıdılıb, özləri isə etnik təmizləməyə məruz qalıblar. Daha çox yayılmış fikir budur ki, guya ermənilər 1915-ci ildə Osmanlıda olduğu kimi, indi də Azərbaycanın əlinin altında əziyyət çəkirlər.

- Biz son günlər Ermənistanın Rusiyadan qopduğunu və Qərbə meyl etdiyini görürük. Düzdür, 30 illik vasitəçilik dönəmində də super güc olan Amerika Qarabağ probleminin həllində rol oynamadı. Lakin Vaşinqtonun Ermənistanın ona son yaxınlaşmasından sonra Azərbaycana qarşı açıq kartla oynaması suallar doğurur.

- Azərbaycan da ABŞ-ın strateji müttəfiqi kimi özünü inkişaf etdirmək üçün daha çox işlər görməlidir. Məsələn, Azərbaycan Cənubi Qafqazda rusiyapərəst olmayan yeganə ölkə olduğunu nümayiş etdirməlidir. Ermənistan 1991-ci ildən, Gürcüstan isə oliqarx İvanişvili dövləti ələ keçirdikdən sonra Rusiyayönümlüdür. Ermənistan və Gürcüstan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək edir, Azərbaycan isə belə addımlar atmır. Azərbaycan da özünü qərbyönümlü, enerji hasilatçısı olan dövlət kimi daha çox tanıtmalıdır.

- ABŞ regiondakı münaqişədə niyə maraqlıdır? Rusiyaya görə?

- Bütün Avrasiyada Rusiyanın təsiri azalmaqdadır. Rusiyanın Ukraynadakı zəif hərbi performansı onun tənəzzülə uğrayan böyük güc olduğunu göstərdi. Bu, Aİ və ABŞ-a Avrasiyaya təsir imkanlarını açır. Türkiyə NATO-nun böyük üzvüdür və Ankaranın Azərbaycanın strateji müttəfiqi olması Cənubi Qafqazı NATO, ABŞ və Aİ üçün vacib edir.

Baş nazir Paşinyanın Ermənistanın xarici siyasətini dəyişməsi ilə bağlı saxta xəbərlər yaydığını ABŞ və Aİ-yə göstərmək vacibdir. Ermənistan daha az rusiyapərəst ola bilməz, çünki Kreml KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və Avrasiya İqtisadi İttifaqından “brexit”lərə icazə vermir. Putin Paşinyanın üç Rusiya hərbi bazasını bağlamasının qarşısını almaq üçün Ermənistanda rusiyapərəst çevriliş təşkil edəcək. Ermənistan İranla müttəfiq olduğu və Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək etdiyi halda, Paşinyan özünü qərbpərəst kimi göstərə bilməz.

- Sizcə, ABŞ-ın Paşinyanın saxta manevrlərini bilməsinə rəğmən belə davam etməsi Vaşinqtonun Azərbaycan və Ermənistan arasında vasitəçi roluna kölgə salmırmı?

- ABŞ və Aİ Ermənistanla Azərbaycan arasında danışıqlar üçün ən yaxşı vasitəçilərdir. Fransa vasitəçi ola bilməz, çünki böyük erməni lobbisi onun mövqeyini qərəzli edir. Azərbaycanın ərazi bütövlüyünü yalnız Qərb dəstəkləyir. Rusiya istərdi ki, Gürcüstanın Cənubi Osetiya, Abxaziya və Moldovanın Dnestryanı məsələsi kimi, Qarabağ problemi də həmişəlik dondurulmuş vəziyyətdə qalsın ki, Rusiya özünün qondarma “sülhməramlı qüvvələrini” bölgədə saxlaya bilsin. Rusiya Ermənistan və Azərbaycan kimi ölkələri bir-birinə qarşı qoymağı xoşlayır.

- Cənab Kuzio, müsahibəyə zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Çox sağ olun.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

End of content

No more pages to load

RADİO