Ermənistanın təxribatları intensivləşir - Ordumuz lazımi tədbirlər görəcək

Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən ölkəmizə qarşı həm şərti sərhəddə, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatlar getdikcə daha da intensivləşir və onların coğrafiyası genişlənir.

Bizim.Media xəbər verir ki, son aylar baş vermiş təxribatların sayında müşahidə edilən artım da bunu bir daha göstərir.

Belə ki, əgər bu ilin iyul ayında Ermənistan-Azərbaycan şərti sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilmiş təxribatların ümumi sayı 28 idisə (şərti sərhəddə - 12, Qarabağ iqtisadi rayonunda – 7, kvadrokopter və dron tətbiqi - 1, fortifikasiya işləri - 6, digər təxribatlar - 2), avqust ayında onların ümumi sayı 45-ə çatıb (şərti sərhəddə - 17, Qarabağ iqtisadi rayonunda – 3, kvadrokopter və dron tətbiqi - 4, diversiya qruplarının fəaliyyəti – 2, fortifikasiya işləri - 11, digər təxribatlar - 8). Sentyabr ayında isə təxribatların sayı kəskin surətdə çoxalıb. Belə ki, hələ ayın cəmi təqribən yarısını geridə qoymağımıza baxmayaraq, Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən törədilən təxribatların sayı artıq 61-ə çatıb (şərti sərhəddə - 29, Qarabağ iqtisadi rayonunda – 3, kvadrokopter və dron tətbiqi - 6, diversiya qruplarının fəaliyyəti – 1, fortifikasiya işləri - 18, digər təxribatlar - 4).

Bütün bunlar göstərir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təklifini qəbul etmir, bölgədə vəziyyəti qəsdən gərginləşdirməkdə maraqlıdır.

Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

End of content

No more pages to load

RADİO