Region
Bu gün 21:53

Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri Oleşki şəhərinə humanitar yardımın göndərilməsi üçün nəzərdə tutulan məntəqəyə gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” partiyasının rəhbəri David Araxamiya məlumat verib.
Onun sözlərinə görə, humanitar missiyanın növbəti mərhələsinin maksimum şəffaflığını təmin etmək üçün hər üç ölkənin media nümayəndələri də hadisə yerindədir. Humanitar yardımın çatdırılmasına sabah başlanılması planlaşdırılır.
Bizim.Media