Azərbaycanın diplomatik meydanda növbəti uğuru: Azərbaycan-Ermənistan: 2-0

Ermənistan diplomatiyası növbəti dəfə və daha biabırçı şəkildə məğlubiyyətə uğradı. Əslində bu təkcə Ermənistanın yox, həm də Fransa diplomatiyasının iflası idi.

“Nə oldu, Makron?”

Bu da məşhur aforizmi- “Nə oldu, Paşinyan?”nı yeni oranjimanda gündəmə gətirdi. Bu dəfə “Nə oldu, Makron?” demək daha uyğun və uğurlu ifadə olardı. Çünki, erməniləri BMT qarşısında məsələ qaldırmağa təşviq edən Makron höküməti idi.
 

MÖVZU İLƏ BAĞLI:

BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı təcili iclas KEÇİRİB - VİDEO


Makron elə zənn etdi ki, TŞ-nin üzvü kimi müzakirələrə təsir edəcək və Azərbaycanı küncə sıxışdıracaq. Lakin, Makron höküməti Azərbaycanın imkanlarını və diplomatik hünərini düzgün hesablamamışdı. Ona görə də ötən gecə təkcə Ermənistan siyasiləri ilə bərabər Makron da yasa batdı. Və yəqin ki, bu gün səhər o başdan erməni diasporu zəng edib soruşacaq:-“Nə oldu, Makron?”

Erməni diasporu və lobbisi üçün sarsıdıcı zərbə

BMT TŞ-dakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasa uğratmadı, həm də erməni diasporu və lobbisinin, eləcə də ermənipərəst dairələrin səylərinin nəticəsini sıfırladı. Bu qədər ermənipərəst qüvvələrin ciddi-cəhdləri ancaq boşbağazlıqlıqla yekunlaşdı.

Necə deyərlər toplaşdılar, söhbətləşdilər, dağılışdılar. Təbii ki, Ermənistanın haqsız olduğu hər kəsə bəlli idi. Lakin, qlobal güclər çox zaman haqlının yox, öz maraqlarının, ifadəçisinin yanında durur. Bu mənada Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın ötən günlərdəki təkəbbürlü davranışı onu göstərirdi ki, ermənilər öz ağalarına çox arxayındırlar.
Lakin, Mirzoyan bir məsələni unutdu ki, özgə ipi ilə quyuya düşmək olmaz. Yəqin ki, Mirzoyan və Paşinyan avqustun 16-nı “pis röya” kimi hələ uzun müddət xatırlayacaqlar.

Fransa+Ermənistan -Azərbaycan: 0-2

Ötən gecə Azərbaycan,  Fransa və Ermənistanı növbəti dəfə ağır məğlubiyyətə uğratdı. Nəzərə alaq ki, bu cütlüyün Azərbaycan tərəfdən aldığı ilk məğlubiyyət deyildi. Ötən ilin dekabrında da Laçın karidoru ilə bağlı BMT TŞ-da məsələ qaldırılmışdı. O zamanda Azərbaycan diplomatiyası böyük üstünlüklə qalib gəlmişdi.

Azərbaycan niyə haqlıdır?

İstənilən təklif dövlətlərin suveren hüquqlarına və ərazi bütövlülüyə hörmət çərçivəsində olmalıdır. Bu mənada erməni-fransız birliyinin son təklifi birbaşa Azərbaycanın suveren hüquqlarına təcavüz, ərazi bütövlüyünə müdaxilə idi.

Ona görə də Azərbaycanın mövqeləri bu məsələdə daha güclü və haqlı idi. Bu səbəbdən  TŞ-da müzakirələrə qoşulan dövlətlərin əksəriyyəti Azərbaycanın haqlı mövqeyini müdafiə etdi.

Bu müzakirələr bir daha göstərdi ki, Qarabağ Azərbaycanın daxili işidir. Və bu cür məsələlərin Beynəlxalq müzakirəyə çıxarılması Beynəlxalq hüquqa ziddir.

Belə müzakirələrə ümumiyyətlə ehtiyac yoxdur. Üstəlik, belə bir məsuliyyətsiz təkliflərin BMT və digər platformalarda müzakirəsinə lüzum yoxdur.

Ötən gecə Azərbaycan nə qazandı?

BMT TŞ-nda keçirilən müzakirələrin yekunu təkcə Azərbaycanın diplomatik uğuru deyil. Burda bir sıra məqamlar öz təsdiqini tapdı. Məlum oldu ki, ermənilərin hay-küyü sadəcə siyasi kampaniyadır, heç bir real əsasları yoxdur. Çünki, Azərbaycan ermənilərə yüklərin daşınması üçün Ağdam-Xankəndi dəhlizini təklif edir.

Halbuki bu dəhlizin texniki imkanları daha böyükdür. Burada təkcə avtomobil yox, həm də dəmir yolu var. Bu da Azərbaycanın humanitar dəhliz məsələsində nə qədər ədalətli və obyektiv olduğunu göstərdi.

Təsadüfi deyil ki, müzakirələrdə çıxış edən Rusiya, Albaniya və digər dövlətlərin nümayəndələri tezliklə Ağdam-Xankəndi dəhlizinin işə salınmasının vacibliyindən danışdılar.

Bir sözlə ötən gecə okeanın o tayında keçirilən müzakirələr göstərdi ki, Azərbaycan insan haqlarına və Beynəlxalq hüquqa yüksək səviyyədə hörmət edir.. Bu isə bütövlükdə Azərbaycan dövlətinin və Azərbaycan xalqının qələbəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkəri çayında batan şəxsin axtarışları davam edir - VİDEO

Həkəri çayında batan şəxsin axtarışları davam edir - VİDEO

Ankarada NATO sammitinin ikinci günü: Liderlərin masasında 4 kritik mövzu var

Ankarada NATO sammitinin ikinci günü: Liderlərin masasında 4 kritik mövzu var

Ərdoğanın iqamətgahı İslandiya Baş nazirini heyran etdi –FOTO/VİDEO

Ərdoğanın iqamətgahı İslandiya Baş nazirini heyran etdi –FOTO/VİDEO

Vüqar Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüqar Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO

Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO

Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ankara Zirvəsi dünya mediasında: Trampdan Ərdoğanla bağlı sensasion etiraf – FOTO

Ankara Zirvəsi dünya mediasında: Trampdan Ərdoğanla bağlı sensasion etiraf – FOTO

Eldənizin restoran biznesi alınmadı

Eldənizin restoran biznesi alınmadı

Həmin quyuya daha bir maşın düşdü– Video

Həmin quyuya daha bir maşın düşdü– Video

Evlərə gəlir, qeyri-rəsmi çalışırlar – Sonrakı risklərdən çoxları bixəbərdir...

Evlərə gəlir, qeyri-rəsmi çalışırlar – Sonrakı risklərdən çoxları bixəbərdir...

İlham Əliyev İordaniya Kralını Azərbaycana səfərə DƏVƏT ETDİ

İlham Əliyev İordaniya Kralını Azərbaycana səfərə DƏVƏT ETDİ

Makron ənənəsini pozmadı: Ankarada da səhər qaçışı etdi – FOTO/VİDEO

Makron ənənəsini pozmadı: Ankarada da səhər qaçışı etdi – FOTO/VİDEO

İordaniya Baş nazirinin müavini İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Baş nazirinin müavini İlham Əliyevin QƏBULUNDA - FOTO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

End of content

No more pages to load

RADİO