Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olundu. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödəniləcək:

“Hazırda qüvvədə olan Qanuna əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməyib. Belə ki, xüsusən də tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur.

Bu baxımdan qanunvericilikdə yeni dəyişikliklərə ehtiyac var idi. Qanuna əlavə edilməsi təklif olunan dəyişikliklər könüllülərə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödəniləcək. Beləliklə, dəyişikliklər qəbul olunandan sonra sığorta hadisəsi baş verdikdə könüllülərə də ödəniş həyata keçiriləcək”.

Vüqar Bayramov vurğulayıb ki, əlilliyi olmayanlara da sığorta ödəniləcək:

“Digər mühüm dəyişiklik sığorta hadisəsi zamanı əlillik dərəcəsi deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin nəzərə alınmasıdır. Belə ki, mövcud qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Amma bir sıra hallarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orqanizmin funksiyalarının 30 faizədək pozulması halları baş verirdi və əlillik dərəcəsi ala bilmədiyi üçün həmin vətəndaşlarımıza sığorta ödənişi edilmirdi. Nəticədə, həmin vətəndaşlarımız sığorta ödənişindən faydalana bilmirdi.
 

Hazıda qüvvədə olan Qanuna əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan dəyişikliyə əsasən sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək.


Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.

Göründüyü kimi, Qanuna təklif edilən dəyişikliklər sığortaya əlçatanlığı artırmaqla yanaşı əhatə dairəsinin də genişlənməsinə səbəb olacaq”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

End of content

No more pages to load

RADİO