Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ETDİ - FOTO 

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub. 

Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb. 
Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb.

Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib. 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

End of content

No more pages to load

RADİO