Elm və təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan gəncləri təbrik edib.
Bizim.Media xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşım edərək tələbə adını qazanan gənclərə uğurlar arzulayıb.
“Tələbə adını qazanan əziz gənclərimiz! Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq tələbə adını qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qarşıdakı tələbəlik illərinin hər biriniz üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə yadda qalmasını arzulayıram. Yolunuz açıq, gələcəyiniz uğurlu olsun!” - deyə nazir paylaşımında qeyd edib.

Bizim.Media