Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belə bir atalar sözümüz var: “Ağlamayana süd verməzlər”. Amma bu dəfə ağlayanın özünün südü var, amma onu sata bilmir deyə südünü “yelə verir”. Füzuli rayonundan olan fermerin ucuz satdığı südünü əsəbiləşib yerə tökməsi videosu viral olduqdan sonra sosial şəbəkələr iki tərəfə bölündü. Fermerin etirazını haqlı sayanlar da oldu, şou göstərdiyini deyənlər də. Amma işin əsas tərəfi odur ki, Kənd Təsərrüfatı Nazirliyi də bu videodan sonra hərəkətə keçdi.

İndi isə maraqlı sual ortaya çıxır: bizdə problem həll etmək üçün məhsulu məhv etmək lazımdır?

Fermer özü də sonrakı təşəkkür videosunda etiraf edir ki, bunu etməsəydi, bu qədər diqqət görməyəcəkdi. Deməli, bu, sadəcə aqressiya deyildi, yeni bir etiraz metodu idi. Buna qədər də məhsulunu sata bilməyənlərin, onu zay etməsi ilə bağlı videolar yayımlanmışdı.

Görünən odur ki, bu etiraz üsulu təhlükəli trendə çevrilir.

Marketoloq Vüqar İsayev Bizim.Media-ya belə açıqladı ki, fermerin bu hərəkəti üslub baxımından mübahisəli olsa da, səbəb baxımından başadüşüləndir.

Onun hərəkəti təqdir ediləsi nümunə olmamalıdır, amma niyə bu həddə gəlib çıxdığı da ciddi müzakirə edilməlidir.

“Fermer südünü satması ilə yox, sata bilməməsi ilə gündəmə gəldi. Seçdiyi aqressiv üsul onun uğurlu kampaniyası oldu. Sırf marketinq baxımından burada bir neçə güclü element var: diqqət çəkdi, şikayəti böyük auditoriyaya çatdı, emosional reaksiya yaratdı. Neçə insanda mərhəmət yaradıb əlavə müştərilər qazandı.  Bundan əlavə hekayə yarada bildi ki, bu da günümüzdə çox işlək satış növüdür. Fermer, zəhmət, satılmayan məhsul və israf obrazı insanlarda empatiya doğurdu. Ən vacibi, nəticə aldı, yəni məsələ artıq aidiyyəti qurumun diqqətindədir”.

Amma marketoloqa görə, burada təhlükə daha böyükdür:

“Viral olmaqla uğurlu olmaq eyni şey deyil. Belə bir davranış normaya çevrilsə, sabah başqa biri problemini həll etdirmək üçün məhsulunu məhv edə bilər. Ona görə də, kampaniya effektli olsa da, bu sahədə biznes problemi daha doğru həll olunmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO