Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranlarda süfrəyə verilən sobada toyuğun həm yumşaq, həm də üstünün qızılı-qəhvəyi və iştahaçan olmasının sirri istifadə edilən sousda gizlənir. Bu sousu ev şəraitində də hazırlamaq mümkündür.

Bizim.Media xəbər verir ki, sousun əsasını qatıq, tomat pastası, zeytun yağı və ya kərə yağı təşkil edir.

Qarışıma sarımsaq, qırmızı toz bibər, qara istiot və kəklikotu əlavə edilir. Dadı balanslaşdırmaq üçün isə az miqdarda limon suyu istifadə olunur.

Toyuğun daha yaxşı qızarması üçün yağ və tomat pastasının birlikdə istifadəsi tövsiyə edilir. İstəyə görə sousa çox az miqdarda bal və ya bəkməz də əlavə etmək olar. Lakin şirin məhsulların miqdarı çox olmamalıdır, çünki yüksək temperaturda tez yana bilər.

Sousun hazırlanması

Restoran üsulu sous üçün 2 xörək qaşığı qatıq, 1 xörək qaşığı tomat pastası və 2 xörək qaşığı zeytun yağı qarışdırılır. Daha sonra 1 diş əzilmiş sarımsaq, 1 çay qaşığı qırmızı toz bibər, yarım çay qaşığı qara istiot, bir qədər kəklikotu və 1 çay qaşığı limon suyu əlavə edilir.

Sousu toyuğun üzərinə bərabər şəkildə çəkmək lazımdır. Daha yaxşı nəticə üçün toyuğu əvvəlcə kağız dəsmalla qurulamaq və souslandıqdan sonra ən azı 30 dəqiqə soyuducuda saxlamak məsləhətdir. Bir neçə saat marinad edildikdə isə ət daha aromatik olur.

190 dərəcədə bişirilir

Hazırlanan toyuq təxminən 190°C temperaturda, ölçüsündən asılı olaraq tam bişənə qədər sobada saxlanılır. Bişirmə zamanı üzərinə sinidə toplanan yağ və şirədən əlavə etmək toyuğun qurumasının qarşısını almağa kömək edə bilər.

Mütəxəssislərin fikrincə, restoran dadını əldə etmək üçün əsas məqam yalnız bir “gizli” məhsuldan istifadə etmək deyil, qatıq, tomat pastası, yağ, sarımsaq və ədviyyatların düzgün nisbətdə birləşdirilməsidir. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

Formula 1-lə bağlı viza prosedurları sadələşdirilir – SƏRƏNCAM

Formula 1-lə bağlı viza prosedurları sadələşdirilir – SƏRƏNCAM

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən PROTEST VERDİ

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən PROTEST VERDİ

“Toyota Camry”nin piyada keçidində vurub öldürdüyü Samirin FOTOSU

“Toyota Camry”nin piyada keçidində vurub öldürdüyü Samirin FOTOSU

Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Növbəti üç gün ərzində temperatur kəskin enəcək – XƏBƏRDARLIQ

Növbəti üç gün ərzində temperatur kəskin enəcək – XƏBƏRDARLIQ

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO