Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müxtəlif mədəniyyətləri özündə birləşdirən Avropanın tarixində elə adət-ənənələr var ki, bu gün onları anlamaq olduqca çətindir. Xüsusilə mistik ayinləri ilə həm Qərbi, həm də Şərqi Avropa tarix boyu dünyanı təəccübləndirib. Filmlərdən tanıdığımız vampir əfsanələri xüsusilə Şərqi Avropada geniş yayılmışdı və bəzi hallarda qadınların dəfn mərasimlərində qeyri-adi üsullardan istifadə olunurdu.

Bizim.Media xəbər verir ki, arxeoloqlar Polşanın Pen kəndi yaxınlığındakı qəbiristanlıqda qeyri-adi dəfn adətlərinin izlərini aşkar ediblər.

Burada 101 fərqli və qəribə dəfn forması müəyyən olunub. Qəbirlərdən birində gənc qadın – Zosiyanın skeleti tapılıb. Onun boynuna oraq qoyulub, baş barmağına isə asma qıfıl taxılıb.

İnanca görə, əgər Zosiya ölümdən sonra dirilib geri qayıtmağa cəhd etsəydi, oraq onun başını kəsməli idi. Qıfıl isə onun məzardan çıxmasının qarşısını almalı idi.

Qəbiristanlıqda bundan başqa da qeyri-adi dəfn nümunələri aşkarlanıb. Bəzi ölülər üzüaşağı basdırılıb, bəzi skeletlər isə müxtəlif şəkildə məhdudlaşdırılıb. Alimlər məzarlarda dini əşyaların olmamasına və qəbiristanlığın kənddən və kilsədən uzaqda yerləşməsinə əsaslanaraq, burada cəmiyyət tərəfindən kənarlaşdırılmış və ya şübhəli hesab edilən insanların dəfn olunduğunu ehtimal edirlər.

 

Həmin dövrdə “vampir” anlayışı yalnız qan içən əfsanəvi varlıqla məhdudlaşmırdı. İnsanlar bəzi xəstəlikləri və izah edə bilmədikləri hadisələri fövqəltəbii qüvvələrlə əlaqələndirirdilər. Sifilis, epilepsiya, hamiləlik və doğuş zamanı ölüm kimi hallar insanlarda qorxu yaradır, ölən şəxsin bədəninə “qara qüvvələrin” daxil olduğu düşünülə bilirdi.

 

Qədim dövrlərdə insanlar aclıq və xəstəlik epidemiyalarının səbəblərini elmi şəkildə izah edə bilmirdilər. Buna görə də bu hadisələri pis ruhlarla əlaqələndirir, ölülərin məzardan qalxaraq dirilərə zərər verə biləcəyinə inanırdılar.

Bu qorxu isə müxtəlif “vampirdən qorunma” üsullarının yaranmasına səbəb olmuşdu.

Zosiyanın dəfni də məhz belə bir inancın göstəricisidir. Kənd sakinləri onun ölümündən sonra kabusa çevrilərək geri qayıda biləcəyindən qorxmuşdular. Buna görə də onun dirilməsinin və məzardan çıxmasının qarşısını almaq üçün boynuna oraq, barmağına isə qıfıl qoymuşdular.



Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO