İordaniya səfirinin Azərbaycanda diplomatik missiyası başa ÇATDI - FOTO

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. 

Ceyhun Bayramov fəaliyyəti müddətində Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfir Sami Abdulla Goşehiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və s. sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən Ceyhun Bayramov əlaqələrin inkişafında qarşılıqlı təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.

Regional və beynəlxalq təşkilatlar və platfotmalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. 

Sami Abdulla Goşehi, Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə olduğu müddət ərzində ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib.

İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq üçün perspektivlərin olduğu, bu xüsusda iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub. 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

End of content

No more pages to load

RADİO