Ceyhun Bayramovun məktubu BMT sənədi kimi YAYILDI 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edən qərarı ilə bağlı iyulun 21-də BMT-nin baş katibinə ünvanladığı məktubu Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının sənədləri kimi yayılıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 


Qeyd edilib ki, məktubda Ermənistanın tələbinin rədd olunması ilə bağlı yekdilliklə qəbul olunmuş bu qərarın bir daha Azərbaycanın öz ərazisində sərhəd keçid məntəqəsi təsis etməsinin onun suveren hüququ olduğunu təsdiqlədiyi diqqətə çatdırılıb.

Ermənistanın Laçın yolundan hərbi məqsədlər, ölkəmizin təbii ehtiyatlarının daşınması, o cümlədən mina təhdidini davam etdirmək üçün sui-istifadəsinin qarşısını almaq məqsədilə, 23 aprel 2023-cü il tarixində Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsini təsis etdiyi qeyd olunub.

15 iyun 2023-cü il tarixində Ermənistan tərəfindən törədilmiş təxribata qədər bu sərhəd keçid məntəqəsi vasitəsilə 2000-dən artıq erməni əsilli sakinin təhlükəsiz, şəffaf keçidinin təmin olunduğu bildirilib. 

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsinin əsassız olduğu diqqətə çatdırılıb. 
Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib. 

Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb. 

Laçın yolundan istifadəyə məhdudiyyət törədən, habelə Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin təlabatlarının ödənilməsi təklifinə etiraz edən tərəfin Ermənistan olmasına baxmayaraq, Ermənistanın “Azərbaycan tərəfindən erməni sakinlərin blokadaya alınması” istiqamətində cəfəng iddialarla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə davam etdiyi qeyd olunub. 

Məktubun sonunda, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiq olduğu, bu xüsusda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın da dayanıqlı sülhün əldə edilməsi səylərində konstruktiv yanaşma nümayiş etdirməyə çağırılmasının vacibliyi vurğulanıb. 
Məktubun tam mətni ilə buradan tanış olmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

End of content

No more pages to load

RADİO