Deputatlar Laçın-Xankəndi yolu ilə bağlı açıq məktub yaydı

Azərbaycan Milli Məclisinin deputatları açıq məktub yayıb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məktubda deyilir: 

- Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsi qurmuşdur.

Qeyd edilməlidir ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazidə yaşayan erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə bu yoldan maneəsiz istifadə etmək imkanına malikdirlər.
Özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların və Ermənistan Respublikasının siyasi rəhbərliyinin yüklərin daşınması üçün yalnız Laçın yolunun üzərində dayanması məsələnin bilərəkdən siyasiləşdirilməsi və təxribat kimi istifadəsi edilməsi məqsədi daşıyır.

Əgər həqiqətən də söhbət humanitar yükdən gedirsə, yüklərin hansı yoldan istifadə edilməklə və haradan gəlməsinin nə əhəmiyyəti var?! 

Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinin ehtiyaclarını operativ şəkildə qarşılamağa hazır olduğunu bəyan edib, o cümlədən ərzaq, dərmanlar və digər humanitar yüklərin daşınması üçün Azərbaycan Ağdam-Xankəndi yolunu təqdim etmişdir. Bu, həm də Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası üçün zəruri və qaçılmaz addımdır. 

Hesab edirik ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən istənilən dövlət Azərbaycanın öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü zəruri tədbirləri qəbul edir. 

Xarici ölkələrdə bəzi həmkarlarımızın ifadə etdikləri narahatlığa gəlincə, biz onları obyektiv faktları nəzərə almağa çağırırıq.

Qarabağda humanitar vəziyyət Ermənistan rəsmilərinin və onların təbliğatına aldananların təsvir etdiyi kimi deyildir, yaranan qıtlıq və ya çatışmamazlıq Ağdam-Xankəndi marşrutundan istifadə edilməsindən imtina olunması ilə bağlıdır. 

Azərbaycanda yaşayan bütün milli azlıqların hüquqlarının və təhlükəsizliyinin qorunmasına Konstitusiya və qanunlar ilə təminat verilir. Etnik ermənilərə də Azərbaycanın qayda-qanunlarına tabe olmaq üçün seçim hüququ təklif olunmuşdur. 

Biz Azərbaycanın suverenliyinə hörmət bəslənilməsi zərurətini anlayan xarici tərəfdaşların dəstəyini yüksək qiymətləndiririk. 

Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tutaraq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Onların qərəzli fəaliyyəti və açıqlamaları məqsədyönlü şəkildə Avropa siyasi məkanını çaşdırmağa yönəlmişdir. 

Son 3 ilə yaxın dövrdə Fransanın dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün erməni milli azlığının hüquqları və təhlükəsizliyi məsələsindən dəfələrlə sui-istifadə etdiyini, o cümlədən budəfəki süni gərginlikdən yararlanmağa cəhd göstərdiyini nəzərə almaqla, biz Fransa hakimiyyət orqanlarının diqqətini özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına cəlb etmək istərdik.

Fransada qeyri millətlərdən olan şəxslərin insan hüquqlarına etinasızlığın hökm sürməsi məlum faktdır və bu baxımdan həmin ölkənin icra və qanunvericilik orqanları nümayəndələrinin Azərbaycanda yaşayan erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir. 
İşğal etdiyi Korsika adasında korsika xalqının dilini tanımayan, dənizaşırı ərazilərində müstəmləkəçilik siyasəti yürüdən, həmin xalqların hüquq və azadlıqlarına hörmət etməyən Fransa, yeni kolonializm təfəkküründən əl çəkmək istəmir.

Son günlər Afrikada Fransa əleyhinə baş verən hadisələr də Fransanın yeni müstəmləkə siyasətinin iflasa uğradığını bir daha sübut edir. Etnik azlıq anlayışının Fransada qəbul edilməməsi fonunda digər regionlarda hansısa azlıq üçün xüsusi hüquqlar tələb etmək siyasi riyakarlıqdır. 

Fransanı qonşusu Almaniyadan nümunə götürərək törətdiyi qətliamları etiraf etməyə, həmin xalqlara kompensasiya verməyə çağırırıq.

Fransalı deputatlar özlərində cəsarət taparaq, öz hökumətindən müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyi tələb etməlidirlər. Fransalı deputatları öz ölkələrinə aid olmayan siyasi məsələlərə deyil, Fransanın yürütdüyü yeni kolonializm siyasətinə qarşı mövqe nümayiş etdirməyə səsləyirik. 

Müharibə cinayətləri törədən şəxsin Fransa deputatları və rəsmiləri tərəfindən müdafiə edilməsi, onun azad olunmasına çağırışlar etmək müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə bəraət qazandırmaqdır.

Özünü hüquqi dövlət adlandıran Fransa rəsmilərinin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir. 

Biz bildiririk ki, Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkə bilməməsi heç də erməni xalqının xeyrinə deyildir. Fransanın da bu revanşizmi təşviq etməsi, ilk növbədə erməni sakinlərinə ziyan vurur.

Onların yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlər uğursuzluğa məhkumdur. 

Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirmişdir.

Hər kəs anlamalıdır ki, xalqların dinc gələcəyinin qurulması yolu suveren dövlətlərin daxili işlərinə müdaxilədən deyil, həqiqi əməkdaşlıqdan keçir. 

Adil Əliyev – bitərəf 
Əhliman Əmiraslanov - Yeni Azərbaycan Partiyası 
Hicran Hüseynova - Yeni Azərbaycan Partiyası 
Qənirə Paşayeva-bitərəf 
Səməd Seyidov - Yeni Azərbaycan Partiyası 
Eldar İbrahimov - Yeni Azərbaycan Partiyası 
Eldar Quliyev – bitərəf 
Qüdrət Həsənquliyev - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 
Hikmət Məmmədov - Yeni Azərbaycan Partiyası 
Tahir Kərimli - Vəhdət Partiyası 
Asim Mollazadə - Demokratik İslahatlar Partiyası 
Elşən Musayev - Azərbaycan Demokratik Maarifçilik Partiyası 
Musa Qasımlı – bitərəf 
Fazil Mustafa - Böyük Quruluş Partiyası 
Fəzail Ağamalı - “Ana Vətən” Partiyası 
Sevinc Fətəliyeva - Yeni Azərbaycan Partiyası 
Ramin Məmmədov - Yeni Azərbaycan Partiyası 
Kamal Cəfərov - Yeni Azərbaycan Partiyası 
Nurlan Həsənov - Yeni Azərbaycan Partiyası 
Sədaqət Vəliyeva - Yeni Azərbaycan Partiyası 
Elnur Allahverdiyev - Yeni Azərbaycan Partiyası 
Erkin Qədirli - Respublikaçı Alternativ Partiyası (REAL) 
Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyası 
Razi Nurullayev - Milli Cəbhə Partiyası 
Kamran Bayramov - Yeni Azərbaycan Partiyası 
Rauf Əliyev - Yeni Azərbaycan Partiyası 
Elman Nəsirov - Yeni Azərbaycan Partiyası 
Elman Məmmədov - Yeni Azərbaycan Partiyası 
Arzu Nağıyev – bitərəf 
Rasim Musabəyov – bitərəf 
Cavanşir Feyziyev – bitərəf 
Soltan Məmmədov – bitərəf 
Nigar Arpadarai - bitərəf 
Əminə Ağazadə - bitərəf 
Sevil Mikayılova – bitərəf 
Könül Nurullayeva - bitərəf 
Tural Gəncəliyev - bitərəf 
Azər Kərimli - bitərəf 
Azay Quliyev - bitərəf 
Anatoliy Rafailov – bitərəf 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

End of content

No more pages to load

RADİO