Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın 7-cı iclası keçirilib - FOTO 

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, iclasda iştirak etmək üçün Rumıniyada səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Buxarestdəki Tey Parkı - Heydər Əliyev Xiyabanına gələrək Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. 

Nümayəndə heyəti Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu qeyd olunub, müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Habelə iki ölkə arasında ticari, investisiya və sosial əməkdaşlığın əhəmiyyəti qeyd edilib, nəqliyyat sahəsində layihələrin genişləndirilməsinin və birbaşa uçuşların həyata keçirilməsinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. 

Müştərək Komissiyanın fəaliyyətindən, növbəti iclasın gündəliyində dayanan məsələlərin önəmindən bəhs olunub. 

Komissiyanın 7-ci iclasında Sahil Babayev ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişafda etməkdə olduğunu, ötən il də iki ölkə arasında ticarət dövriyyəsinin 2,4 dəfə artdığını, əlaqələrin genişləndirilməsinin əsas prioritet olduğunu bildirib. 

Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini, bu sahədə hər iki tərəfdən önəmli işlər aparıldığını diqqətə çatdırıb. 
Rumıniyanın iqtisadiyyat naziri Florin Marian Spataru və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budainin də iştirak etdiyi iclasda enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, Rumıniyanın Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal əlaqə layihəsində iştirakına, eləcə də nəqliyyat, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirə aparılıb. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa dəniz limanı arasında əməkdaşlığın genişləndirilməsinin, nəqliyyat baxımından əlverişli ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd edilib. 

Sonra Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq prioritetləri əksini tapır. 

İclas çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə Rumıniya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən 14, Rumıniya tərəfindən 25 qurum və şirkət iştirak edib. 
Çıxışlar zamanı ötən dövrdə Bakıda və Buxarestdə 5-dən çox biznes forum və işgüzar görüşlərin keçirildiyi, bu tədbirlərin, keçirilən təqdimatların Azərbaycan və Rumıniya iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin yaradılması və genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

İyulda manatla pul kütləsi ARTIB

İyulda manatla pul kütləsi ARTIB

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

End of content

No more pages to load

RADİO