Paşinyan niyə 1975-ci il xəritəsini GÜNDƏMƏ GƏTİRDİ? – TARİXİ FAKTLAR 

Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasının Sovet İttifaqı Baş Qərargahının 1975-ci il xəritəsi əsasında aparılmasını istədiklərini söyləyib. 

Paşinyanın sözlərinə görə, Rusiya tərəfi də əvvəllər dəfələrlə həmin xəritələrdən danışıb:

“Ermənistanın mövqeyi əvvəlki kimi qalır-Ermənistan delimitasiyanın Sovet İttifaqı Baş Qərargahının 1975-ci il xəritəsi üzrə aparılmasını istəyir. İrəvan delimitasiya nəticələrinə görə qoşunların paralel şəkildə yerləşdirilməsini istəyir. Bu, təhlükəsizliyi təmin edəcək”.

Qeyd edək ki, Azərbaycan isə bu məsələdə keçən əsrin əvvəlindəki xəritələrin əsas götürülməsi mövqeyindən çıxış edir. 

Görəsən, Paşinyan 1975-ci il xəritələrini niyə gündəmə gətirib? Həmin xəritə 1991-ci il xəritəsindən nə ilə fərqlənir?

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, İrəvan 1975-ci il xəritəsini önə çəkməklə Azərbaycanın Laçın ərazisində qoyduğu postun Ermənistan ərazisində qalmasına çalışdıqlarını ortaya qoyurlar:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan HƏDƏF TAXTASINDA – Qərb də Nikoldan üz ÇEVİRİR?


“Azərbaycanla Ermənistan arasında sonuncu dəfə torpaq bölgüsü 1984-cü ildə aparılıb. Nəticədə Azərbaycanın Qazax rayonunun 600 hektardan çox meşə zonasını ermənilər götürür. 1975-ci il xəritəsinə istinad edilməsi Moskva tərəfindən verilən təklifdir.

Bu xəritədə Qazaxın kəndləri anklav şəklində Ermənistanın tərkibində qalır. Yəni Ermənistanın sərhədi indiki sərhədə gəlib çıxır. Ona görə də İrəvan məhz 1975-ci il xəritəsini gündəmə gətirir. 

Bakı ilə İrəvan arasında sərhəd dəyişikliyi iki dəfə, 1929 və 1984-cü illərdə baş verib. Bu dəyişikliklər də Azərbaycanın xeyrinə olmayıb. İrəvan 1975-ci il xəritəsini yəqin ki, keçmiş Dağlıq Qarabağın ərazisinə görə istəyir. Çünki həmin dövrdə Hadrudla Ermənistan arasında məsafə çox yaxın idi. Azərbaycan sonradan məsafəni artırdı. 

Köhnə xəritəyə əsasən ermənilər Gorusdan müəyyən qədər, təxminən 5-6 km. zolaq şəklində Qubadlının  ərazisinə daxil olurlar. Bu fonda da Hadrutla Ermənistan arasında məsafə daha qısa olur. Həmin səbəbdən Paşinyan 1975-ci il xəritəsinin üzərində dayanır.

Ermənilərin məqsədi şeytani məqsəddir. İrəvan bu xəritəyə istinad etməklə Laçında qoyulan postumuzun öz aləmlərində Ermənistan ərazisində qalmasına çalışır. 

1991-ci ildə isə hər iki dövlətin ərazisini təsdiq edən Almatı sənədi imzalanıb. 1975-ci il xəritəsi Azərbaycanın ziyanınadır. Bütün hallarda, Azərbaycan və Ermənistan BMT-yə hansı ərazilər daxilində qəbul olunubsa, sonda məhz o ərazilər də təsdiq olunacaq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

İyulda manatla pul kütləsi ARTIB

İyulda manatla pul kütləsi ARTIB

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

End of content

No more pages to load

RADİO