14 yaşında imperiya qurdu, türk dilini dövlət səviyyəsinə qaldırdı... – Şah İsmayıl Xətainin 5 XƏTASI

1524-cü ilin bu günündə fateh, Səfəvilər İmperiyasının qurucusu, incə ruhlu şair Şah İsmayıl Xətai 37 yaşında vəfat edib. 1524-cü ilin baharında, Novruzdan az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur.

Saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıdır. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür.

Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah İsmayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Şah İsmayıl Təbrizdə şahənşah (imperator) titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoyanda onun cəmi 14 yaşı vardı. Şah İsmayıl bütün türkləri birləşdirmək istəyən bir şəxsiyyət olub. Təkcə Anadoluya getməyib, Dərbəndə, Əfqanıstana qədər gedib çıxıb. Asiyadakı, Anadoludakı türkləri birləşdirmək onun ali məqsədi idi. 
Ona görə də tarix boyu Şah İsmayıl ehtiramla yad ediləcək, onun böyük ideyaları təbliğ olunacaq. Amma tarixdən ibrət götürmək üçün böyük fatehin yanlışlarından nəticə çıxartmaq hər birimizin borcudur.

Bəs, Şah İsmayılın yanlışı nə idi?

1. Onun yaratdığı Səfəvi dövləti sufi dövləti idi. Sufi olan Şah həm də təriqət rəhbəri idi.Şah İsmayıl bütün varlığı ilə Allaha və Əhli-Beytə bağlı idi. Niyyət türkləri birləşdirmək, dünyanı türklərin nəzarətinə vermək olsa da məqsədə gedən yolda dini təriqətçilik ona mane oldu. Məhz bu təriqətçilik onun sonunu gətirdi.

2. Şah İsmayılın ikinci yanlışı o idi ki, bəzi xristian dövlətlərinə çox inanırdı. Və bu xristian dövlətləri də iki türk imperiyasının birləşməsinə əngəl oldu. Tarixi mənbələrdə qeydlər var ki, Şah İsmayı Çaldıran döyüşü ərəfəsində Bizansla ciddi və gizli yazışmalar aparırdı.

Halbuki, o illərdə Bizansın sadəcə adı vardı. Avropanın xristian dövlətləri sözdə Şah İsmayılı dəstəkləsələr də reallıqda Sultan Səlimi ən müasir silahlarla təchiz edirdilər. Məhz Səfəvilərin məğlubiyyətinə də xristian dövlətlərinin Sultan Səlimə verdiyi ağır toplar səbəb oldu.
3. Şah İsmayıl Çaldıran döyüşündə taktikanı düzgün seçməmişdi. O zamanlar Osmanlı dövlətində mühəndislik, silah istehsalı çox yüksək səviyyədə inkişaf etmişdi. Səfəvilərdəki türklər isə daha çox at minməyi, qılıncla savaşmağı yaxşı bacarırdı.

Osmanlı ordusu Çaldıran döyüşünə səhra topları ilə gəlmişdi və Səfəvi ordusunun isə bir dənə də olsun topu yox idi. Qılınc və qalxanla döyüşə girən səfəvi döyüşçülərinin atları top səslərindən ürkərək mizanı pozdu və məğlubiyyətə yol açdı. 

4. Şah İsmayılın daha bir yanlışı Çaldırana tam döyüş hazırlığı ilə getməməsi idi. O Sultan Səlimlə son anda belə ortaq dil tapacaqlarına ümid edirdi. Ona görə də Şah İsmayıl Osmanlı ordusunun qarşısına ailə üzvləri ilə birgə çıxmışdı. Və nəticədə bu savaşda Şah İsmayıl ən yaxınlarını itirdi.

Canından çox sevdiyi həyat yoldaşı Taclı Xatunsa əsir edildi. Bu hadisə Şah İsmayılı çox sarsıtdı. Və ölənə qədər sarayın bir guşəsinə çəkilib qəmli şerlər yazdı və bir daha əlinə qılınc almadı.

5. Qoşun başçılarının Sultan Səlimin qoşununa gizlin hücum təklifinə “Mən karvan basan quldur deyiləm!” deyə cavab verən Şah Xətai Osmanlı ordusunun Avropadan aldığı toplardan istifadə edərək ona atəş açmasını namərdlik kimi qəbul etdi. O, feodal dövrün qaydalarına uyğun olaraq “kişi kimi döyüşmək” istəyirdi. 

Deyilənə görə, o hətta Osmanlı pəhləvanının təkbətək döyüş təklifini qəbul edir və onu qılıncı ilə iki yerə bölür. Bu görən osmanlılar toplardan atəş açmağa başlayırlar. Atəş nəticəsində Xətainin atı ölür, özü isə yaralanır. Bu azmış kimi sadəlöhvcəsinə yaralı-yaralı topun üstünə hücum çəkir, qılıncını tunc lüləyə necə çalırsa, yarıyacan topa yeriyir...

Çaldıran döyüşündən sonra Şah İsmayıl peşimanlığını belə dilə gətirir:

‘’Mən Teymur olmağı istəmədim. Səlim kimi davranmağı istəmədim. Adı Səfəvi də olsa, Osmanlı da olsa nə? Türkü türkə qırdırmağı istəmədim. Teymurun əsir aldığı otuz min Osmanlını Teymurun əlindən qurtaran atalarım vaxtilə onları sərbəst buraxıb yurdlarına göndərmişdi. 
Bəs Səlim nə etdi? Duz-çörək haqqını unudub öncə Çaldıranda otuz min igidimə qıydı, sonra şəhərimdən, yurdumdan sənətkar adamlarımı toplayıp getdi. Bu yetmədi, hərəmimizi də aldı.

Taclı Xatunumu, gözümüm nurunu götürdü. Ruhumu sökdü, canımı aldı. Ta Orta Asiyadan bu yana sahib çıxdığımız dəyərlərimizi yıxdı. Türklüyümüzü, adət-ənənəmizi, şaman kökümüzü Qum mollalarının Sünni müsəlmanlığına fəda etdi…’’

Bütün bu yanlışlıqlara rəğmən tarixə bir Türk İmperiyasının adını yazdı. Azərbaycan dilini bu imperiyanın rəsmi dövlət dili elan etdi. Bundan başqa o öz dövründə əsrlər boyu mövcud olan bir mifi dağıtdı.

Belə ki, əsrlər boyu belə bir fikir formalaşmışdı ki, qəzəl-şeiriyyət dili fars dilidir.
Amma Xətai bu mifi dağıtdı. Və Azərbaycan dilində qəzəllər yazdı. Ondan sonra gələn Məhəmməd Füzuli isə bu cığırı böyük bir yola çevirdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu - VİDEO

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu - VİDEO

“Qarabağ”-“Vestri” oyunu üçün start heyətlər açıqlandı

“Qarabağ”-“Vestri” oyunu üçün start heyətlər açıqlandı

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

Dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərlə bağlı mühüm YENİLİK

Dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərlə bağlı mühüm YENİLİK

İyulun 10-da bu ərazilərdə qaz olmayacaq

İyulun 10-da bu ərazilərdə qaz olmayacaq

Bakıda arvadını güllələyən kişinin gözü dağılıb – Vəziyyəti ağırdır

Bakıda arvadını güllələyən kişinin gözü dağılıb – Vəziyyəti ağırdır

“Şəfa” niderlandlı futbolçu transfer etdi

“Şəfa” niderlandlı futbolçu transfer etdi

Katex çayına gələn seldən belə xilas edildilər - VİDEO

Katex çayına gələn seldən belə xilas edildilər - VİDEO

Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ləğv edildi - Qazdan istifadə qaydaları YENİLƏNDİ

Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ləğv edildi - Qazdan istifadə qaydaları YENİLƏNDİ

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Xəstəxanalar 5 ildən bir akkreditasiyadan keçəcək – QƏRAR

Xəstəxanalar 5 ildən bir akkreditasiyadan keçəcək – QƏRAR

Baş nazir ETSN-nin tabeliyindəki bəzi qurumların ştat vahidlərini TƏSDİQLƏDİ

Baş nazir ETSN-nin tabeliyindəki bəzi qurumların ştat vahidlərini TƏSDİQLƏDİ

Binalara enerji pasportu veriləcək – Baş nazirdən yeni qərar

Binalara enerji pasportu veriləcək – Baş nazirdən yeni qərar

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma KƏSKİN ARTIB

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma KƏSKİN ARTIB

Madyar: “Macarıstan Ukraynaya silah tədarük etməyəcək” – VİDEO

Madyar: “Macarıstan Ukraynaya silah tədarük etməyəcək” – VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

Məhəmməd adı növbəti dəfə Britaniyada ən populyar AD SEÇİLDİ

Məhəmməd adı növbəti dəfə Britaniyada ən populyar AD SEÇİLDİ

Oğlu Leyla Quliyevanı belə sevindirdi - FOTO

Oğlu Leyla Quliyevanı belə sevindirdi - FOTO

End of content

No more pages to load

RADİO