Mehriban Əliyeva Litva Milli Kitabxanası ilə tanış olub - FOTO

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi mədəniyyət müəssisəsidir.

Sonradan adı bir neçə dəfə dəyişdirilən və 1963-cü ildə paytaxt Vilnüsə köçürülən kitabxana 1988-ci ildən Martyunas Mazvyudasın adını daşıyır. 1989-cu ildə ona Milli Kitabxana statusu verilib. 

Kitabxana 1993-cü ildən ölkənin mədəni irs reyestrinə daxil edilib. Bu, həmçinin Baltikyanı ölkələrdə inşa olunan ilk kitabxana binasıdır.

Kitabxananın əsas fəaliyyət istiqamətləri Litva xalqının yazılı mədəni irsinin toplanması, gələcək nəsillər üçün qorunub saxlanılması və ictimaiyyətə təqdim edilməsinə kömək göstərilməsidir. Kitabxananın fondunda 7 milyona yaxın (1,8 milyon adda) çap məhsulları və digər sənədlər saxlanılır.

Qeyd olunub ki, ixtisaslaşdırılmış yeddi oxu zalının, həmçinin üç tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi kitabxanada milli arxiv sənədləri, nadir kitablar və əlyazmalar, musiqi və vizual incəsənət kolleksiyaları, həmçinin şəxsi kolleksiyalar və sair mövcuddur. Kitabxana müxtəlif milli və beynəlxalq kitabxana müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.
Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra kitabxana tərəfindən göstərilən xidmətlər, həyata keçirilən layihələr və bu mədəniyyət müəssisəsinin xarici əlaqələri barədə videoçarx nümayiş olunub.

Sonda birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü – FOTO

İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü – FOTO

End of content

No more pages to load

RADİO