Tehranın növbəti ÇİRKİN PLANI – İran təhdidlərinə yenidən START VERİR

İran tərəfi deyəsən yenidən Azərbaycan əleyhinə kampaniyaya başlamağa çalışır. Belə ki, Şimal-Cənub dəhlizinin reallaşmaması üçün İran rəsmiləri və mediası yenidən Azərbaycan əlehinə təbliğata start veriblər. 

Əmin Əlizadə adlı iranlı Tvitter istifadəçisi İran Prezidentinin Administrasiyasının siyasi məsələlər şöbəsinin müdiri Məhəmməd Cəmşidinin ötən gün Şimal-Cənub Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikinitisinə dair İran və Rusiya prezidentlərinin saziş imzalaması ilə bağlı paylaşımına münasibət bildirib.

Belə ki, Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı vilayəti” adlandıran istifadəçi Şərq və dəniz marşrutuna daha az üstünlük verilməməli olduğundan yazıb: 

“Bakı “ostanından” (vilayət) asılılıq bizim maraqlarımıza ziddir. Şərq marşrutunun genişləndirilməsi Mərkəzi Asiya ölkələrinin Əfqanıstandan keçməklə Pakistana dəmir yolunu birləşdirmək istəyinin qarşısını alır. Bu, Çinin Orta Dəhlizə investisiya qoymaq istəyini azaldır”.

İranın vitse-prezidenti isə istifadəçinin Azərbaycanla bağlı təxribat xarakterli ifadəsinə heç bir etiraz etməməklə yanaşı, əksinə onun sözlərini təsdiq edib: “Tamamilə doğrudur. Biz hər üç marşrut - Şərq, dəniz və Qərb marşrutları üzərində işləyirik. Hamısını birlikdə icra edəcəyik”.

İran hökumətinin sifarişi ilə davamlı olaraq Azərbaycan əleyhinə düşmən mövqe tutan və qərəzli çıxışlar edən Əliəkbər Raefipur adlı radikal ideoloq isə özünün sosial media hesabında “məzlum” Azərbaycan xalqının maarifləndirilməsi üçün genişmiqyaslı media müharibəsi aparmalı olduqlarını bəyan edib:

“Öz xalqının təsəvvürünə görə, onlar (Azərbaycan rəsmiləri) İranın əleyhinə və İsrailin yanındadırlar. Məzlum Azərbaycan xalqının maarifləndirilməsi üçün genişmiqyaslı media müharibəsi təşkil edilməlidir. Yoxsa "Əliyev öz ölkəsini Zelenski kimi İranın timsalında hərbi güclərlə müharibə qəssabxanasına aparmaqdan çəkinmir". 

Bu tip açıqlamalardan belə görünür ki, İran tərəfi son zamanlar gərginliyin azalması üçün atılan addımlara rəğmən, gerçəklikdə Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil.

Tehran hələ də Azərbaycan səfirliyinə edilən hücumla bağlı məsələni tam olaraq araşdırmayıb. 

Əksinə, hiss olunur ki, rəsmilər arasında baş tutan telefon danışıqlarından sonra proses normallaşma istiqamətində getmək əvəzinə, İran tərəfinin qızışdırıcı təbliğatı ilə vəziyyət daha da kəskinləşməyə doğru istiqamət götürür. 

Moskva ilə Tehran arasında Rəşt-Astara dəmir yolunun tikintisilə bağlı razılaşma əldə edildikdən sonra İranda Azərbaycan əleyhinə yenidən “alovlanan” təxribat xarakterli fikirlər həm də onu göstərir ki, molla rejimi Bakının Şimal-Cənub dəhlizində oynadığı mühüm roldan narahatlıq keçirir. 

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, İran 44 günlük müharibə ilə Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul və həzm etmək istəmir:

“Çünki Azərbaycanın yaratdığı bu reallqı həm də yeni geosiyasi konfiqurasiyanın yaranması deməkdir. Hansı ki, İran da yeni konfiqurasiyada yer alacaq bir sıra məqamlardan əndişələnir. Tehran Zəngəzur dəhlizinin açılmasına özünə təhlükə kimi baxır. İran qorxur ki, ərazi bütövlüyü və suverenliyi təmi olunmuş müstəqil Azərbaycan Cənubi Azərbaycan üçün də motivasiya rolunu oynaya bilər. Ona görə də Tehran daima çalışır ki, Azərbaycanın başı hər zaman ziddiyyətlərə qarışsın. 

Bu səbəblərdən İran Azərbaycana qarşı şər-böhtan kampaniyasını dayandırmayıb. Əksinə, onu yeni müstəviyə çıxarmaqla məşğuldurlar. Sülh danışıqlarında əldə olunan irəliləyişlər də Tehranı narahat edir”

Həmsöhbətimiz qeyd edir ki, İranın bu hədələri əbəsdir: 

“Azərbaycanın möhkəm iradəsi var. Heç bir ölkə bizim iradəmizə müdaxilə edə bilməz. Azərbaycan-Türkiyə tandemi bu hədələrə qarşı mübarizədə ciddi silahdır. İran ölkəmizə qarşı fəaliyyətə keçərsə, qarşısında Türkiyəni, İsraili, ABŞ və Pakistanı görəcək. Ona görə də İranın bu hədələrinin heç bir əhəmiyyəti yoxdur, boş sözlərdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

End of content

No more pages to load

RADİO