Qeyri-sabit hava şəraiti Xaçmaz rayonunda meyvəçiliyin digər sahələri kimi, fındıqçılığa da mənfi təsir göstərib. Gilas və ərik kimi meyvələrin inkişafına mane olan yağıntılı hava fındıq bağlarının əksəriyyətində də müxtəlif xəstəliklərin yaranmasına səbəb olub.
Çəkiliş qrupumuz rayonun Xudat şəhəri yaxınlığındakı meyvə bağlarında olub. Müşahidələr göstərir ki, bağlarda nəinki bol məhsul, hətta az miqdarda belə keyfiyyətli və sağlam fındıq əldə etmək çətinləşib.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu