Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir.

Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.
 
Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.

Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.

Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləsuvarda yük maşını kanala aşdı – VİDEO

“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır”

Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

Putin və Şara arasında telefon danışığı baş tutdu

Şabrandakı qəzada sürücü də həyatını itirdi – ÖZƏL

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Daha iki həkimin qanunsuzluğunun üstü açıldı

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı

Nepalda 17 nəfərin ölümünə səbəb olan selin ANBAAN VİDEOSU

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar - FOTO

Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

End of content

No more pages to load

RADİO