İlham Əliyev Hindistan səfirinin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Sonra dövlət başçısı səfirlə söhbət edib. 

Səfir, ilk növbədə, Azərbaycanda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır. 

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir. 

Sridharan Madhusudhanan bildirib ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib. 

Eyni zamanda, səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu deyib, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirib. 

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Səfir paytaxtımızda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də xoş təəssürat hissi doğurduğunu deyib. 

Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. 

Prezident İlham Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlət başçısı vurğulayıb ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirilib. 
Azərbaycan Prezidenti qeyd edib ki, 30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir. 

Azərbaycan Prezidenti, eyni zamanda, vurğulayıb ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlət başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. 

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik məsələsinə toxunaraq ölkəmizin sədrliyi dövrünün bu Hərəkatın instutisional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, məlum olduğu kimi, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilib. Azərbaycan Prezidenti bundan sonra da Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadiqliyin davam etdirilməsinin vacibliyini vurğulayıb. 
Prezident İlham Əliyev Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirib. 

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu, ötən il isə bu təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmli hadisə kimi dəyərləndirib. 

Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub. 

*** 11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı

Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı

Nepalda 17 nəfərin ölümünə səbəb olan selin ANBAAN VİDEOSU

Nepalda 17 nəfərin ölümünə səbəb olan selin ANBAAN VİDEOSU

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar - FOTO

Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar - FOTO

Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

End of content

No more pages to load

RADİO