Leyla Əliyeva Ulu Öndərin 100 illiyinə həsr edilən ekoloji aksiyalarda iştirak edib - FOTO 

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 5-də Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib. 

Bizim.Media xəbər verir ki, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbirdə adı Azərbaycanın “Qırmızı kitabı”na düşmüş dəmirağac əkilib. 

Sonra Hirkan Milli Parkında turistlərin rahat hərəkət etməsi üçün ekoturizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib.

Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur. 

Tədbirin davamı olaraq, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı həyata keçirilib. Belə ki, sözügedən gölə ümumilikdə 50 000 ədəd çəki körpəsi buraxılıb. 

Daha sonra Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb. 
Lənkəranda keçirilən ekoloji aksiyaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas biomüxtəlifliyinin mühafizə edilməsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır. 




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

End of content

No more pages to load

RADİO