ƏƏSMN ilə Macarıstanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb - FOTO 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək ildən-ilə genişlənməkdə olduğunu vurğulayıb. 

Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin inkişafında önəmi qeyd olunub, Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin də 2021-ci illə müqayisədə 2022-ci ildə 34,81 faiz artdığı bildirilib.

İki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edən fəaliyyətindən bəhs olunub. Hər iki ölkədə keçirilən biznes forumların, işgüzar görüşlərin əhəmiyyəti qeyd edilib. 

Azərbaycanda sosial sahədə, habelə əmək və məşğulluq sahəsində aparılan islahatlar, aktiv məşğulluq proqramları, sosial sahədə e-xidmətlər, o cümlədən rəqəmsal məşğulluq xidmətləri barədə məlumat verilib. Bu sahələrdə də iki ölkənin fəal əməkdaşlıq təcrübəsinin formalaşmasının qarşılıqlı faydalı ola biləcəyi vurğulanıb. 

Marton Nad ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını, ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında ikitərəfli əlaqələrinin daim inkişafda olmasının məmnunluq doğurduğunu ifadə edib. 

İki ölkə arasında enerji, qarşılıqlı investisiyaların təşviqi, ikitərəfli və tranzit yük axınlarının artırılması, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial xidmətlərin elektronlaşdırılması və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. 

Görüşdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın İqtisadi İnkişaf Nazirliyi arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı” imzalanıb. 

Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin mühafizəsi, əmək münasibətlərinin tənzimlənməsi üzrə milli qanunvericiliyin tətbiqi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsiz və işaxtaranlar üçün məşğulluq imkanlarının genişləndirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, DOST mərkəzlərində əmək və məşğulluq, digər istiqamətlərdə xidmətlərin göstərilməsi və s. sahələrdə bilik və qabaqcıl təcrübə mübadilələrinin aparılması əksini tapır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

End of content

No more pages to load

RADİO