İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqamətini AÇIQLADI 

“Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bildirmək istərdim ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla, iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. 

Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar.

İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda alternativ enerjinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla, ümumilikdə təxminən 200 geqavatdır. Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır”, - Prezident İlham Əliyev qeyd edib.

İlham Əliyev Azərbaycanın aktiv enerji diplomatiyasını və meqalayihələr həyata keçirilməsini davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi – ANBAAN VİDEO

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi – ANBAAN VİDEO

"Yanımızda polad divar kimi dayanıb"

"Yanımızda polad divar kimi dayanıb"

UEFA Çempionlar Liqası: "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün müəyyənləşəcək

UEFA Çempionlar Liqası: "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün müəyyənləşəcək

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Nigar Fərhad SAXLANILDI

Nigar Fərhad SAXLANILDI

Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar

Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ: Güclü külək, sel, daşqın...

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ: Güclü külək, sel, daşqın...

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Kartof püresini daha yumşaq edən sadə üsul : Süd əvəzinə nə əlavə etmək olar?

Kartof püresini daha yumşaq edən sadə üsul : Süd əvəzinə nə əlavə etmək olar?

Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...

Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...

Müəllimlərdən sonra kitabxanaçılar da imtahan verəcək? - Nazirlikdən AÇIQLAMA

Müəllimlərdən sonra kitabxanaçılar da imtahan verəcək? - Nazirlikdən AÇIQLAMA

Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar

Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar

Bu bürclərin həyatında yeni səhifə açılır

Bu bürclərin həyatında yeni səhifə açılır

SON DƏQİQƏ! Robert Köçəryan HƏBS EDİLDİ

SON DƏQİQƏ! Robert Köçəryan HƏBS EDİLDİ

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: "Sabah" nəhənglərlə bir sırada

Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: "Sabah" nəhənglərlə bir sırada

Bakıətrafı qəsəbələrə işləyən avtobuslara da ikinci validatorlar QURAŞDIRILIR? – AYNA-dan AÇIQLAMA

Bakıətrafı qəsəbələrə işləyən avtobuslara da ikinci validatorlar QURAŞDIRILIR? – AYNA-dan AÇIQLAMA

Bakının üç rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının üç rayonunda işıq kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

4 il məzuniyyətə çıxmadan işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO

4 il məzuniyyətə çıxmadan işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO

Azərbaycanlılar niyə getdikcə daha çox borclanır? - İqtisadçıdan XƏBƏRDARLIQ

Azərbaycanlılar niyə getdikcə daha çox borclanır? - İqtisadçıdan XƏBƏRDARLIQ

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

End of content

No more pages to load

RADİO