“Ermənistan üçün ən təhlükəsiz qonşular Azərbaycan və Türkiyədir” – Zahid Oruc  

“Azərbaycanın Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsini qurması 44 günlük Zəfər müharibəsinin, ardınca Ağdam, Kəlbəcər, Laçının azad olunmasının, İranla sərhədlərinin bərpasının, daha sonra Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda qazanılan yüksəkliklərin  və 11 apreldə möhkəmlənən  mövqelərin nəticəsində Vətənin sərhədlərini düşmənə və dünyaya göstərən vahid siyasətin tərkib hissəsidir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səslənidirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni məntəqə Laçın yolundakı vəziyyəti necə dəyişəcək?


“Təkcə quru əraziləri deyil,  həm də siyasi və mənəvi sərhədlərimiz genişlənir. Halbuki Vətənimizin  hüdudları çarizm, Cümhuriyyət, sovetlər və nəhayət, müstəqillik dövründə milli ordumuz vasitəsilə müəyyənləşdirilə və qoruna bilinməyib.  

Təkcə son 30 ildə deyil, o cümlədən 200 il əvvəl Rusiya və İran savaşında, daha sonra bir əsrdən çox Ermənistanla Qarabağ arasında separatçı birliyə və dağıdıcı müharibələrə səbəb olan həmin yollarda 23 apreldə qurulan inzibati istehkamlar Prezidentin, dövlətin, xalqın dəmir iradəsinin simvoludur.
Çünki yalnız gediş-gəlişə və malların baxışına deyil, bir neçə dövlət və beynəlxalq təşkilatın ərazilərimizə düşmən qapısı bağlanır və yeni səhifənin açılır”, - deyə deputat əlavə edib. 

Zahid Oruc vurğulayıb ki, Ermənistan üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir: 

“Halbuki Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan  deyil, Avropa Birliyindən gələn silahlı-silahsız məxfi qruplar və casus şəbəkəsi pozub. Sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silahlı qüvvələrinə və Göyçə dağlarında fransız jandarmasına təslim edən bir dövlət gərək toxunulmazlıqdan danışmasın.

Türkiyə ilə sərhəddə inşa etdiyi yeni buraxılış məntəqəsi göstərir ki, İrəvana ən təhlükəsiz ölkələr Azərbaycanla Türkiyədir. 

Əgər Xankəndində yaşayan ermənilər Konstitusiyamıza uyğun davransalar, tək bir yoldan deyil, eləcə də Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan buraxılış məntəqəsindən də keçib gedə bilərlər. Yol bir deyil, yetər ki, Azərbaycanın bütövlüyünü tanıyasan.  

Nəzarət məntəqəsinin yaradılması Xankəndindəki hərbi kontraktiklərin sürətlə bölgəni tərk etməsinə və gələn kriminal pulların qarşısını alacaq. Beləliklə, ekofəalların 135 günlük mübarizəsi 44 günlük müharibənin davamıdır və Şərqin, Qafqazın tarixində ilk dəfədir ki, tansksız, topsuz, qansız və itkilərsiz strateji hərbi-siyasi nəticələr qazanıldı. Bu İlham Əliyevin dəmir və yumşaq gücünün birgə qələbəsidir. 
İndi NATO qüvvələri Cənubi Qafqaza-məhz Ermənistanın İranla sərhədlərinə gəlməyə can atır. Laçın sərhədlərində qurulan dəmir məntəqə Ermənistandan çox ərazi bütövlüyümüzü tanımayan dövlətlərin qarşısında sipərdir.

Bundan sonra Ermənistan vətəndaşlarının Xankəndinə gəlmək istəyənləri ilə Zəngəzurdan Naxçıvana gedən azərbaycanlıların sayı düz mütənasib olmalıdır.

Nəhayət, dünən 24 apreldə 1.5 milyon erməninin qətlinin ildönümü adı ilə keçirilən ildönümlərə son qoymaq üçün Azərbaycan dövləti gələcək 108 illik sülhün tək şərtini-Qanuni Yoldan keçib getməyi təklif edir. Hər halda bu Qılıncdan keçmək deyil”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

End of content

No more pages to load

RADİO