Azərbaycan-İsrail arasında imzalanan SƏNƏDLƏR - FOTO

Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclasında 4 sənəd imzalanıb. 

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanan sənədlər sırasında ətraf mühitin mühafizəsi ilə bağlı Saziş, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” ASC ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında Anlaşma Memorandumu var. 

Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında imzalanan Saziş ölkələr arasında bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir. 

İclasında çıxış edən iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb.

Bildirilib ki, Azərbaycan və İsrail arasında ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı yüksəlir:

“Bununla belə, biz ticarət əlaqələrimizi şaxələndirməliyik, çünki Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün hələ də istifadə olunmamış böyük potensial var”. 

M.Cabbarov qeyd edib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var və bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır: "Bu kontekstdə, biznes dairələri arasında keçirilən işgüzar tədbirlər dialoqun genişlənməsinə əlavə imkanlar yaradır.

Azərbaycan ölkələrimiz arasında müasir texnologiyaların transferi sahəsində əməkdaşlıqda maraqlıdır və aidiyyəti qurumlar arasında tərəfdaşlıq birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verə bilər". 

İqtisadiyyat naziri Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlər barədə də məlumat verib, investorlar üçün yaradılan imkanları diqqətə çatdırıb, İsrail şirkətlərini Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlanmağa, birgə layihələrin həyata keçirilməsinə dəvət edib. 

İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen xalqlarımız arasında səmimi dostluq münasibətlərini vurğulayaraq, İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əlaqələrimizi yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd edib.

Eli Kohen iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, özəl bölmənin tərəfdaşlığın inkişafı potensialını reallığa çevirdiyini diqqətə çatdırıb. 

İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara toxunan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahələrdə İsraillə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. 

İclasda müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Bakıda güclü külək ağacı aşırdı - Foto

Bakıda güclü külək ağacı aşırdı - Foto

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO