Ermənistanla danışıqlarda rəsmi Bakının ZƏRURİ ADDIMLARI

Azərbaycan-Ermənistan danışıqlar prosesində intensivlik müşahidə edilir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) hazırladığı təhlildə yer alıb.

Mənbə yazır ki, Moskva xarici işlər nazirləri arasında görüşün anonsunu verir, ABŞ isə Vaşinqton və ya müttəfiq ölkələrin birində liderlər arasında substantiv danışıqların baş tutmasına səy göstərir.

Bu məqsədlə ABŞ-ın Azərbaycan səfirliyində uzun müddət çalışmış Derek Hoqan telefon, Erika Olson və Lui Bono isə regiona səfərlər vasitəsilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına çalışırlar. 

Danışıqların gündəliyi

Son üç həftədə baş verənlər Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əvəzinə, gərginlik dərəcəsini daha da artırmışdır. Azərbaycana danışıqların forması yox, məzmunu vacibdir. Bakı üçün fərqli diplomatik platformalarda eyni gündəliyin müzakirə edilməsi olduqca vacibdir.

Gündəliyin tərkibinə Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında sülh sazişinin imzalanması, ərazi bütövlüyün tanınması, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, qoşunları geri çəkmədən sərhədlərin delimitasiya/demarkasiyası və Qarabağ məsələsinin heç bir (birbaşa və ya dolayı) formada danışıqlar obyekti olmaması daxildir.
Vasitəçilərin mövqe/maraqları

Danışıqlar gündəliyi dəyişməz qalsa da, Rusiya və Qərb normallaşma prosesinə öz maraqları prizmasından yanaşır. ABŞ üçün sülh sazişinin özü, Rusiya üçünsə Zəngəzur dəhlizi başda olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prioritetdir.

Prezident Baydenin sözləri ilə desək, Vaşinqton üçün sülh, “enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynaması” səbəblərindən çox vacibdir. Rusiya öz növbəsində Qərbin “anakonda həlqəsini” zəiflətmək, logistika imkanlarını artırmaq və Ermənistan ərazisində Federal Təhlükəsizlik Xidmətinin müddətsiz funksiyalarını artırmaq üçün 10 noyabr razılaşmasının 9-cu bəndinin icra edilməsində israrlıdır.

Ermənistanın yanaşması

Ermənistan Azərbaycanla münasibətlərin bərpa edilməsində Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində təmin edilməsini” ilkin şərt kimi irəli sürür. Sadə dillə desək, Ermənistan Paris/Vaşinqton/Moskva kimi vasitəçilərin nəzarəti altında Bakı və Xankəndi arasında dialoq formatının bərqərar edilməsinə can atır.

Qarabağ məsələsini gündəmdə saxlaya bilməyəcəyini dərk edən İrəvan, bunu erməni diasporun təsirini özündə hiss edən ölkələr vasitəsilə etmək istəyir. Ermənistan rəhbərliyi düşünür ki, Bakı və Xankəndi arasında beynəlxalq formatlı dialoq Qarabağın Azərbaycana reinteqrasiyasına mane olub, beynəlxalq güclərin Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradacaq. 

Bakının zəruri addımları

Əgər Ermənistanın sülh sazişinə getməsinə mane olan yeganə faktor Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində” təmin edilməsidirsə, Bakı Ermənistanın Qarabağ ermənilərinə bütün təsir kanallarını kəsməlidir.

“Beynəlxalq ictimaiyyət” artıq buna hazırdır. Görünən odur ki, hazırkı danışıqlar prosesi böyük ehtimalla Ermənistan və ya üçüncü qüvvə tərəfindən pozula bilər. Bu öz növbəsində Azərbaycana yerdə fəaliyyətə keçib, yeni geosiyasi reallıq yaratması üçün şərait yaradacaq.

Nəticə

Ermənistan rəhbərliyi vaxt udmaq və danışıqları çıxılmaz vəziyyətə gətirmək üçün əlindən gələni edir. Vasitəçilər isə fərqli səbəblərdən Laçında Nəzarət Buraxılış Məntəqəsinin (NBM) qurulmasına mane olmağa çalışırlar.
Buna baxmayaraq, danışıqlar prosesinin alqoritmi və Bakının prinsipial mövqeyi Laçında nəzarət buraxılış məntəqəsinin qurulmasını qaçılmaz edir. Danışıqlar masası arxasında real nəticə qazanmaq üçün yerdə vəziyyəti dəyişmək zəruridir. Bu baxımdan Laçında NBM-in qurulması Rusiya və Qərbin vasitəçiliyi ilə təşkil ediləcək görüşlərdə müsbət nəticələrin əldə edilməsinə kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

End of content

No more pages to load

RADİO