Elektromobillərin köhnəlmiş batareyalarının utilizasiyası ilə bağlı problemə Ukraynada maraqlı praktik həll tapılıb.
Bizim.Media xəbər verir ki, avtomobil üçün gücü artıq kifayət etməyən batareyalar elektrik kəsintiləri zamanı evlərin enerji mənbəyinə çevrilir.
Ukraynada bəzi vətəndaşlar işlənmiş elektromobil batareyalarını bir neçə min dollara alaraq evlərində enerji saxlama sistemi kimi quraşdırırlar.
Məsələ ondadır ki, elektromobil batareyası tutumunun müəyyən hissəsini itirdikdən sonra avtomatik olaraq yararsız tullantıya çevrilmir. Sadəcə onun enerji saxlamaq imkanları əvvəlki səviyyədən aşağı düşür. Bu proses mobil telefonların batareyalarının zaman keçdikcə tutum itirməsinə bənzəyir.
Məsələn, köhnəlmiş batareya elektromobilin bir dəfə enerji ilə doldurulmasından sonra təxminən 200 kilometr yol getməsinə imkan verirsə, bu göstərici avtomobil sahibi üçün artıq kifayət etməyə bilər. Lakin həmin batareyanın qalan tutumu ev təsərrüfatı üçün kifayət qədər böyük enerji ehtiyatıdır.
Belə batareyalar uyğun invertor, idarəetmə və təhlükəsizlik sistemi ilə birlikdə evdə stasionar enerji anbarı kimi istifadə oluna bilər. Elektrik şəbəkəsi işləyərkən batareya doldurulur, işıq kəsildikdə isə orada toplanmış enerji evin elektrik avadanlıqlarının işləməsinə sərf edilir. (Musavat.com)
Bizim.Media