ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ Prezidenti Donald Tramp ölkənin enerji şəbəkəsinə yönələn təhlükələrlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına qərar verib və bu sistemdə bəzi xarici texniki avadanlıqların istifadəsini məhdudlaşdırıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı imzalanmış sərəncam Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilib.

"Enerji sistemləri üçün xaricdən elektrik avadanlıqlarının tədarükü ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına qeyri-adi və fövqəladə təhlükə yaratdığını hesab edirəm. Bu təhlükə tamamilə və ya əhəmiyyətli dərəcədə ölkə hüdudlarından kənardan qaynaqlanır və mən bununla əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət elan edirəm.

Bu təhdid həm ayrı-ayrı müqavilələr, həm də ümumi sövdələşmələr zamanı mövcuddur. Həmin təhlükənin qarşısını almaq məqsədilə ABŞ-də istifadə olunan elektrik avadanlıqlarının təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumaq üçün əlavə tədbirlərin görülməsi zəruridir", - deyə sənədin mətnində bildirilir.

Trampın qərarına əsasən, ABŞ enerji şəbəkəsinin boşluqlarından kiberhücumlar üçün istifadə edə biləcək xarici istehsal olan bir sıra elektrik avadanlıqlarının, kritik əhəmiyyətli proqram təminatının və rəqəmsal komponentlərin alınması və quraşdırılması qadağan edilir. Bu cür texnikalara yüksəkgərginlikli transformatorlar, Günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizə cihazları və "ağıllı elektron qurğular" daxildir.

 

Energetika nazirinə digər qurumlarla koordinasiyalı şəkildə riskləri aradan qaldırmaq üçün artıq quraşdırılmış idxal avadanlıqlarının istismar şərtlərini, həmçinin sərəncamın təsiri altına düşən cari və gələcək müqavilələrin dayandırılması müddətini və qaydasını müəyyən etmək səlahiyyəti verilib.

 

İyul ayının əvvəlində Tramp müsahibəsində ölkədə elektrik enerjisi istehsalının iki dəfə artacağına ümid etdiyini bildirmişdi. ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə iyunun sonlarında açıqlamasında məlumat mərkəzlərinin fəaliyyəti üçün zəruri olan enerji infrastrukturunun fəal inkişafı sayəsində Çinin süni intellekt sahəsində Birləşmiş Ştatları qabaqladığını etiraf etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dostluqda etibarsız hesab edilən bürclər

Dostluqda etibarsız hesab edilən bürclər

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

End of content

No more pages to load

RADİO