Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

"AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. Mediada gedən məlumatlara görə, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. Qeyd edək ki, bir müddət əvvəl eyni məsələyə görə, onun həyat yoldaşı da həbs edilib.

Bəs Nigar Fərhad kimdir?

Bizim.Media Modern.az-a istinadən aparıcının dosyesini təqdim edir:

Nigar Fərhad qızı Əliyeva 30 iyul 1989-cu ildə Kürdəmir rayonunda anadan olub. Əslən Kürdəmir rayonundandır. Nigar Fərhadın özünün təqdim etdiyi bioqrafik məlumatlara görə, atası Fərhad Əliyevin Rusiyaya köçmək qərarından sonra ailə Surqut şəhərinə yerləşib və o, orta təhsilini burada başa vurub. Daha sonra Bakıya qayıdan Nigar Fərhad Bakı Kompüter Kollecinin “Proqramçı” fakültəsində təhsil alıb.
 

Təhsilini başa vurduqdan sonra ABŞ-yə dil kursuna gedən Nigar Fərhad kursu başa çatdırarkən ASA Universitetinin Kriminologiya fakültəsinə müraciət edib. Qəbul olunduğunu öyrəndikdən sonra yenidən ABŞ-yə qayıdaraq təhsilini davam etdirib. Onun təqdim etdiyi məlumatlarda bildirilir ki, yüksək akademik göstəricilər əldə edən Nigar Fərhad 4 ballıq sistem üzrə 4.0 orta nəticə göstərib və bundan sonra ABŞ-də fəaliyyət göstərən John Jay College of Criminal Justice universitetinə qəbul olunub.


Universitetdə təhsilini başa vurduqdan sonra Harvard Universitetində satış, marketinq və "Salesforce" istiqamətləri üzrə sertifikat proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Daha sonra Moskva Dövlət Universitetinin Psixologiya fakültəsində də təhsil alıb.

Nigar Fərhadın bioqrafik məlumatlarında onun beynəlxalq biznes mühitində də fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, o, müxtəlif beynəlxalq tədbirlərdə və biznes layihələrində iştirak edib, tanınmış şirkət rəhbərləri ilə birgə biznes və investisiya layihələrinin hazırlanmasında iştirak edib.

Nigar Fərhad aparıcı kimi Kanal-S-də çalışıb. Burada o sosial yönümlü "Sözün bitdiyi an" verilişini aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dostluqda etibarsız hesab edilən bürclər

Dostluqda etibarsız hesab edilən bürclər

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

End of content

No more pages to load

RADİO