Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Alimlər qlobal fəlakət ssenarilərindən ən asanlıqla xilas ola biləcək ölkələri ilk dəfə hərtərəfli qiymətləndiriblər. Araşdırmanın nəticələrinə görə, belə fövqəladə vəziyyətlərə ən dayanıqlı ölkə Avstraliyadır.

Bizim.Media xəbər verir ki, araşdırma "Global Challenges" jurnalında dərc olunub.

Tədqiqatçılar üç əsas təhlükə ssenarisini təhlil ediblər. Bunlara günəş işığının kəskin azalması, qlobal infrastrukturun çökməsi və genişmiqyaslı bioloji risklər daxildir. Günəş işığının azalmasına nəhəng vulkan püskürmələri və "nüvə qışı" kimi hallar səbəb ola bilər.

İnfrastrukturun qlobal çöküşü isə kiberhücumlar və pandemiyalarla əlaqələndirilir.

Araşdırma çərçivəsində hər bir ölkənin belə şəraitdə əhalisini, istehsal imkanlarını və idarəetmə sistemini qoruyub saxlamaq potensialı qiymətləndirilib.

Avstraliya bir sıra amillərin vəhdəti sayəsində siyahıda birinci yeri tutub. Ölkənin böyük ada ərazisində yerləşməsi və coğrafi baxımdan təcrid olunması, yüksək ərzaq istehsalı, yanacaq ehtiyatları, inkişaf etmiş sənayesi və sabit demokratik idarəetməsi onun əsas üstünlükləri hesab olunur.

Mütəxəssislərin fikrincə, bu amillər Avstraliyanı müxtəlif qlobal risklərə qarşı daha dayanıqlı edir.

Araşdırmada qeyd olunur ki, dayanıqlı ölkələr, bir qayda olaraq, demokratik idarəetməyə, yüksək rifah səviyyəsinə, nisbətən aşağı sosial bərabərsizliyə, güclü sənayeyə və coğrafi təcridə malik olurlar. Həmçinin onların xarici ticarətdən asılılığı nisbətən aşağı olur.

Ən dayanıqlı ölkələr sırasında Yeni Zelandiya, Yaponiya, İsveçrə və Argentina da yer alıb.

Bununla belə, həmin ölkələrin hər birinin müəyyən zəif tərəfləri olduğu vurğulanır. Avstraliya da bütün üstünlüklərinə baxmayaraq, yanacaq, dərman və gübrə kimi bəzi məhsulların idxalından asılı olaraq qalır.

Tədqiqatın rəhbəri, Hagen Universitetinin ekologiya üzrə mütəxəssisi Florian Yena bildirib ki, ən dayanıqlı ölkələr qlobal fəlakətdən sonra dünyanın bərpasında mühüm rol oynaya və "dayaq nöqtələrinə" çevrilə bilərlər. Məsələn, belə ölkələr ərzaq ehtiyatlarının və toxum banklarının qorunmasını təmin edə bilərlər.

Mütəxəssislər qeyd edirlər ki, araşdırmanın məqsədi insanlarda qorxu yaratmaq deyil. Əsas məqsəd ölkələrin nadir, lakin dağıdıcı nəticələrə səbəb ola biləcək hadisələrə qarşı əvvəlcədən hazırlıq görməsinin vacibliyinə diqqət çəkməkdir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO