İlham Əliyev İsrailin xarici işlər nazirini QƏBUL ETDİ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlət başçısı ölkələr arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib. 

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. 

Dövlət başçısı əməkdaşlığın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib.
Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib.

Dövlət başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verib, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu deyib. Həmçinin, SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulanıb.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələr arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.

Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.

Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. O, ölkələr arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.
Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Həmçinin, su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edilib.

Bizim.Media
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

End of content

No more pages to load

RADİO