Ombudsmandan İrəvandakı hərbçilərimizlə bağlı beynəlxalq təşkilatlara növbəti MÜRACİƏT

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.

Eyni zamanda, müraciətdə ötən gün hərbi qulluqçularımıza baş çəkən Ermənistan Ombudsmanının onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığı barədə açıqlamasına da toxunulub.
Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasının açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan Ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Azərbaycan Ombudsmanı bu baxımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən həmin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.

Bununla yanaşı, Ombdusman və onun Milli Preventiv Qrupu tərəfindən həm İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi əsirlərə, həm də postmüharibə dövründə azad edilmiş ərazilərimizdə saxlanılmış erməni hərbi dəstə üzvlərinə dəfələrlə başçəkmələr həyata keçirildiyi, bununla bağlı çoxsaylı mətbuat açıqlamaları yayımlandığı vurğulanıb.

Müraciətdə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə törədilən bu əməllərlə yanaşı, bu günlərdə ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının təhqir edilməsi faktının da Ermənistanda geniş təbliğ edilən Azərbaycana qarşı nifrət siyasətinin nəticəsi olduğu qeyd edilib.
Yekunda Ombudsman hərbi qulluqçularımızın ailə üzvləri ilə videozəng vasitəsilə əlaqə yaratmalarına və təhlükəsizlikləri təmin edilməklə ölkəmizə geri qaytarılmalarına dəstək göstərilməsi məqsədilə həmin qurumlara çağırış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

End of content

No more pages to load

RADİO