İran təbliğat maşınının İFŞASI - İlahiyyatçı fars agentlərinin adlarını AÇIQLADI

““Vilayəti fəqih” deyilən bir sistem var. Bu sistemi 1979-cu ildə İran qurub. Bu layihənin də hədəfi dünyada yaşayan bütün şiələri vahid mərkəzdən idarə etməkdir. Mahiyyət də budur ki, hər bir mömin hansısa müctəhidə-alimə tabe olmalı, onu təqlid etməlidir. Bütün dini ayinləri və ritualları həmin alimin fətvaları ilə icra etməlidir. 

Əgər bunu etmirsə, onda həmin adamın bütün ibadəti batildir. Uzun müddət molla-fars rejimi bu üsulla Azərbaycanda təbliğat aparıb. Məsələn, Azərbaycanda çox populyar olan və çoxlarının da alim kimi təqlid etdiyi Lənkərani, Xorasani, Şirazi, Sistani kimi molla-fars rejiminin agentləridir. Onlardan Sistani İraqda yaşasa da fars kökənlidir. Yəni, fars rejiminin adamıdır”.

Bunu Bizim.Media-ya molla-fars rejiminin casus şəbəbkəsindən danışan ilahiyyatçı Tural İrfan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Farsların tarixi məqsədi İstanbulu xristianlara qaytarmaqdır” – İlahiyyatçı Tural İrfandan SENSASİON AÇIQLAMALAR


O, bildirib ki, burda yeganə hədəf insanları idarə etmək deyil, həm də onları iqtisadi cəhətdən istismar etməkdir:

“Fars alimlərinə biət edən möminlər xüms və zəkatı da onlara ödəyirlər. Nəticədə hər il milyonlarla vəsait İrana axır. Təsadüfi deyil ki, Azərbaycandan da hər il külli miqdarda vəsait toplanıb, İrana ötürülürdü. Vaxtilə İranın Bakıda xüsusi nümayəndəsi otururdu. 44 günlük müharibədən sonra getdi”.

İlahiyyatçı məsələnin digər narahatlıq doğuran tərəfinə də toxunub:

“İnanclı şiələrin 95 faizi İran alimlərini təqlid edirlər. Ən pisi də odur ki, məscidlərin axundlarının tam əksəriyyəti İran alimlərini təqlid edirlər. Hazırda istənilən şiə axundundan soruşsan ki, kimə təqlid edirsən? O da cavabında İrana bağlı hansısa müctehidin adını çəkəcək. Son 35 ildə mömin şiələrin şüruna məqsədli şəkildə yeridilib ki, hansısa müctehidə təqlid etməsən sənin ibadətin batildir”.

Tural İrfan bir məqama da diqqət yetirməyi vacib sayır:
 

“İranda uzun illər təhsil almış azərbaycanlı dindarlar var. Amma molla-fars rejimi həmin dindarların heç birinə alimlik dərəcəsi verməyib. Bunun da səbəbi yuxarıda sadaladığımız səbəblərdir. İran bütün vasitələrlə mömin soydaşlarımızdan maddi və siyasi məqsəd üçün istifadə etməyə çalışıb. Son vaxtlar casus şəbəkəsinin ifşası istiqamətində ciddi iş aparılır. 


Amma bu şəbəkəsini çökdürmək üçün uzun zaman lazımdır. Çünki, bu gün axundlar, rəsmi din xadimləri və sadə dindarlar sözdə İrandan üz çevirdiklərini desələr də, əməldə yenə də molla-fars rejiminin agenti olan müctehidlərə təqlid edirlər. Ona görə də ilk növbətə “vilayəti fəqih” sistemi aradan qaldırılmalıdır. Yoxsa İranin casus şəbəkəsini ləğv eləmək çox çətin olacaq. Hesab edin ki, ibadətə yeni başlayan insana ən çox verilən sual bu olur: “Kimi təqlid edirsən? Əgər təqlid elədiyin müctehid yoxdursa, onda sənin ibadətin batildir”.   

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Niyə hər kəsin bir neçə bank kartı var? -AÇIQLAMA

Niyə hər kəsin bir neçə bank kartı var? -AÇIQLAMA

Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Dostluqda etibarsız hesab edilən bürclər

Dostluqda etibarsız hesab edilən bürclər

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

End of content

No more pages to load

RADİO