Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərə ali məktəblərdə boş qalan yerlər və orta ixtisas təhsili müəssisələri üzrə seçim zamanı imkanlarını düzgün qiymətləndirməyi tövsiyə edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Məleykə Abbaszadə bildirib ki, ali məktəblərə əsas yerləşdirmə zamanı bu il müsabiqədə 87 146 nəfər iştirak edib, 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul planı 97,07 faiz dolub. Ötən illə müqayisədə tələbə adını qazananların sayı 1711 nəfər artıb.

 

DİM sədri qeyd edib ki, müxtəlif ixtisas qrupları və ixtisaslar üzrə rəqabət səviyyəsi ciddi fərqlənib. I və II ixtisas qruplarında müsabiqə vəziyyəti daha əlverişli olsa da, III və xüsusilə IV qruplarda bəzi ixtisaslar üzrə yüksək rəqabət yaranıb.

 

Onun sözlərinə görə, abituriyentlər ötən ilin keçid balını builki qəbul üçün təminat kimi qəbul etməməlidirlər. Keçid balı əvvəlcədən müəyyən edilmir və həmin il ixtisasa müraciət edənlərin nəticələri, sayı və plan yerlərindən asılı olaraq müsabiqənin sonunda formalaşır.

Məleykə Abbaszadə boş qalan yerlər üzrə seçim mərhələsində abituriyentlərin daha geniş imkanlara malik olduğunu vurğulayıb.

Abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər. Seçim siyahısına 20-dək ixtisas kodu daxil etmək mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

DİM sədri bildirib ki, ali məktəblərin boş qalan yerlərinə qəbul zamanı müvafiq ixtisas qrupu üzrə birinci və ikinci mərhələnin ümumi nəticəsi, orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı isə yalnız buraxılış imtahanının ümumi balı nəzərə alınır.

O qeyd edib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub.

Bu yerlər iqtisadiyyat, maliyyə, idarəetmə, turizm, logistika, İT, texnika, səhiyyə, aqrar, sosial-humanitar, pedaqoji, incəsənət və digər istiqamətləri əhatə edir.

Məleykə Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili ali məktəbə qəbul ola bilməyənlər üçün yalnız ehtiyat variant kimi qiymətləndirilməməlidir.

Kolleci bitirərək subbakalavr dərəcəsi alan şəxslərin sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilə müsabiqə yolu ilə davam etmək hüququ da var.

“‘Mütləq ali məktəbə qəbul olmalıyam’ düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər”, – DİM sədri vurğulayıb.

Məleykə Abbaszadə abituriyentlərə seçim zamanı özlərinə “Mən bu ixtisasa qəbul olsam, həqiqətən burada oxumağa hazıram?” sualını verməyi tövsiyə edib.

“Məqsəd hər hansı yolla tələbə olmaq deyil. Məqsəd sizin qabiliyyətinizə, marağınıza və gələcək planlarınıza uyğun təhsil yolunu seçməkdir”, – DİM sədri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Niyə hər kəsin bir neçə bank kartı var? -AÇIQLAMA

Niyə hər kəsin bir neçə bank kartı var? -AÇIQLAMA

Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Dostluqda etibarsız hesab edilən bürclər

Dostluqda etibarsız hesab edilən bürclər

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

DİQQƏT! “Gənclik”də avtobusların dayanacaq yeri dəyişdirildi – FOTO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı - VİDEO

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 270-ə çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi keçiriləcək – FOTO

Qətərin baş naziri Tehrana gedir

Qətərin baş naziri Tehrana gedir

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

Həbsdə olan məşhur generalımızın FOTOSU YAYILDI

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT elan olunur

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Rafael Ağayev yapon blogerə özünü belə təqdim etdi - Video

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Saxlanılan Nigar Fərhad, əslində, kimdir?

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Corc nişanlandı -Video

Corc nişanlandı -Video

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

End of content

No more pages to load

RADİO