Şəmkirdə binanın eyvanı çöküb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.
S.Vurğun küçəsi 1 ünvanında yerləşən 5 mərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki eyvan çökərək üçüncü mərtəbəyə tökülüb.
Sakinlər bildirir ki, binanın digər eyvanları da yararsız vəziyyətdədir. Ümumi 100 ailənin yaşadığı tikili qəzalı haldadır. Hadisə zamanı binaya ciddi ziyan dəyib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu