Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

2026-cı ilin ilk yarısında işğaldan azad olunmuş ərazilər üzrə 3283 doğum qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, yanvar-iyun aylarında doğulan uşaqların 1799-u oğlan, 1484-ü qızdır.

Cari ilin ilk 6 ayında ən çox doğum Ağdam rayonunda qeydə alınıb. Rayonda 897 uşaq doğulub ki, onların 502-si oğlan, 395-i qızdır. Doğulanların 243-ü şəhər, 654-ü kənd yerlərinin payına düşüb.

Sonrakı yerlərdə Füzuli rayonu 585 doğumla qərarlaşıb. Burada doğulanların 314-ü oğlan, 271-i qızdır. Onlardan 148-i şəhər, 437-si kənd yerlərində qeydə alınıb.

Laçın rayonunda 419 uşaq doğulub. Onların 222-si oğlan, 197-si qızdır. Doğumların 80-i şəhər, 339-u kənd yerlərində qeydə alınıb.

Kəlbəcər rayonunda isə 411 doğum qeydə alınıb. Doğulanların 247-si oğlan, 164-ü qız olub. Onlardan 66-sı şəhər, 345-i kənd yerlərinin payına düşüb.

Cəbrayıl rayonunda 345 uşaq doğulub. Onların 184-ü oğlan, 161-i qızdır. Doğumların 77-si şəhər, 268-i kənd yerlərində qeydə alınıb.

Zəngilan rayonunda ilin ilk yarısında 161 doğum qeydə alınıb. Doğulanların 87-si oğlan, 74-ü qız olub. Onlardan 75-i şəhər, 86-sı kənd yerlərində dünyaya gəlib.

Qubadlı rayonunda 150 doğum qeydə alınıb. Uşaqların 79-u oğlan, 71-i qızdır. Doğumların 34-ü şəhər, 116-sı kənd yerlərinin payına düşüb.

Şuşa rayonunda 111 uşaq doğulub. Onların 57-si oğlan, 54-ü qızdır. Doğulanların 86-sı şəhər, 25-i kənd yerlərində qeydə alınıb.

Xocalı rayonunda 97 doğum qeydə alınıb. Burada 54 oğlan və 43 qız doğulub. Doğumların 51-i şəhər, 46-sı kənd yerlərində qeydə alınıb.

Xocavənd rayonunda 67 uşaq doğulub. Onların 34-ü oğlan, 33-ü qızdır. Doğumların 10-u şəhər, 57-si kənd yerlərinin payına düşüb.

Ağdərə rayonunda 32 doğum qeydə alınıb. Doğulanların 14-ü oğlan, 18-i qızdır və bütün doğumlar kənd yerlərində qeydə alınıb.

Xankəndi şəhərində isə yanvar-iyun aylarında 8 uşaq doğulub. Onların 5-i oğlan, 3-ü qızdır.

Ümumilikdə, 2026-cı ilin ilk 6 ayında qeydə alınan 3283 doğumun 878-i şəhər, 2405-i kənd yerlərinin payına düşüb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində işğaldan azad olunmuş ərazilər üzrə ümumilikdə 7629 uşaq doğulub. Onların 4130-u oğlan, 3499-u qız olub. Ötən il doğumların 2008-i şəhər, 5621-i isə kənd yerlərində qeydə alınıb.

2025-ci ildə də ən yüksək göstərici 2059 doğum olmaqla Ağdam rayonunda olub. Bundan əlavə, Füzulidə 1476, Laçında 937, Kəlbəcərdə 936, Cəbrayılda 733, Zəngilanda 393, Qubadlıda 379, Şuşada 243, Xocalıda 199, Xocavənddə 146, Ağdərədə 97, Xankəndi şəhərində isə 31 doğum qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

End of content

No more pages to load

RADİO